Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Ötən il Bakıdakı sərgilərdə 75 ölkədən 50 mindən çox ziyarətçi qeydiyyatdan keçib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Ötən il Bakıdakı sərgilərdə 75 ölkədən 50 mindən çox ziyarətçi qeydiyyatdan keçib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2019-cu ildə Bakıda keçirilən beynəlxalq sərgilər dünyanın 53 ölkəsindən 986-sı xarici şirkət olmaqla 1838 eksponenti bir araya gətirib. 

 

Reklam_3_11

Bu barədə "Marja"ya “Caspian Event Organisers” şirkətindən bildirilib. 

 

2019-cu il ərzində “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri tərəfindən 21 ticarət-sənaye sərgisi, eləcə də 3 konfrans keçirilmişdir.

 

Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya, Türkiyə və Belarus Respublikası müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Ötən il Azərbaycanda keçirilən sərgilərin iştirakçı-ölkələri sırasına Monqolustan da qatılıb. Müxtəlif sərgilərdə 21 ölkə tərəfindən 33 milli ekspozisiya, eləcə də 24 regional stend təqdim edilib.

 

Ümumilikdə isə sərgilərdə dünyanın 75 ölkəsindən 50537 ziyarətçi qeydiyyatdan keçib. 2019-cu ildə ziyarətçilərin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib və üç ölkə - Türkiyə, Rusiya və İran ziyarətçilərin sayına görə öz lider mövqelərini qoruyub saxlayıblar.

 

2020-ci ildə “CEO” və “Iteca Caspian” şirkətləri tərəfindən 23 layihə həyata keçiriləcək.
 

08.01.2020 12:02

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ