Azər Türk Bankdan “Faktorinq” kredit xətti məhsulu
(®) Maliyyə ehtiyaclarının ödənilməsində korporativ müştərilərə yardımçı olan dövlət bankı Azər Türk Bank əlverişli şərtlərlə «Faktorinq» kredit xətti məhsulunu təklif edir.
Yeni kredit xətti məhsulunun tətbiqi müştərilərin öz dövriyyə vəsaitlərindən rahat və rasional istifadəsi, biznesin davamlı inkişaf etdirilməsində Bank tərəfindən onlara dəstək məqsədini daşıyır.
Belə ki, ticarət əməliyyatları zamanı satıcı məhsul və göstərdiyi xidmətin dəyərini tez əldə etmək, alıcı isə ödənişləri bir müddət sonra yerinə yetirmək istədiyi təqdirdə, hüquqi şəxs və ya fərdi sahibkar olan müştəri “Faktorinq” kredit xəttinin açılması barədə Azər Türk Banka müraciət edə bilər. Bu halda Bank malların və ya göstərilən xidmətin dəyərinin 90%-ə qədər olan hissəsinin dərhal kreditləşməsini həyata keçirir.
Kredit xətti əlavə girov və təminat tələb olunmadan, faiz dərəcəsi fərdi və güzəştli qaydada təyin edilməklə, 24 ay müddətinədək AZN valyutasında açılır.
Daha ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
7 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
7 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
8 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl