Qərbi Kaspi Universiteti ölən əcnəbi tələbələrlə bağlı məlumat yayıb
Qərbi Kaspi Universiteti ötən gecə Bakının Səbail rayonunda baş verən yanğın hadisəsi zamanı ölən Şri-Lanka vətəndaşları olan tələbələrlə bağlı açıqlama yayıb.
Universitetdən verilən məlumata görə, ikimərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində tüstüdən zəhərlənərək dünyalarını dəyişən 3 Şri-Lanka vətəndaşından ikisi - Malsha Sandeepani və Tharuki Amaya Qərbi Kaspi Universitetinin ingilis dili hazırlıq kurslarında dinləyici qismində iştirak ediblər.
"Bir qayda olaraq, bu kurslara əcnəbilər fərdi qaydada və ya bu sahədə xidmət göstərən müxtəlif Agentliklər vasitəsilə müraciət edirlər. Hazırki halda Şri Lanka Respublikasının vətəndaşları Agentlik vasitəsilə Qərbi Kaspi Universitetində həyata keçirilən ingilis dili hazırlıq kurslarında iştirak etmək istəkləri ilə bağlı müraciət etmiş və adı çəkilən əcnəbi vətəndaşlara hazırlıq kurslarının şərtləri barədə məlumat göndərilmişdir. Həmçinin Universitetin yataqxanasının olmadığı və kirayə mənzil xidməti göstərmədiyi də onlara bildirilib.
Daha sonra adları çəkilən əcnəbi vətəndaşlar 11 avqust 2019-cu il tarixli, 144 nömrəli Əmrlə 20 avqust 2019-cu il tarixindən hazırlıq kursunun dinləyiciləri sırasına qəbul edilmişlər.
Əcnəbi dinləyicilər Azərbaycan Respublikasına gəldikdən sonra özləri kirayə mənzil taparaq orada yaşayıblar.
Qərbi Kaspi Universiteti olaraq bədbəxt hadisədən təəssüf hissi keçirir və dünyalarını dəyişmiş əcnəbi vətəndaşların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk",- ali məktəbdən bildirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 8 saat əvvəl
-
11 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 11 saat əvvəl
-
11 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
11 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
11 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
13 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 13 saat əvvəl