Reklam agentliyi Nazirlikdən təxminən 1 milyon manatlıq sifariş aldı
Vergilər Nazirliyi "Maxmedia” Məhdud Məsuliyyətli Cəmiyyətinə məbləği 1 milyon manata yaxın olan sifariş verib.
"Marja" xəbər verir ki, Vergilər Nazirliyi "Maxmedia” MMC ilə müqavilə imzalayıb. Məbləği 914 min 240 manat olan müqavilə video qrafika, video çarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, bukletlərin dizaynı, bukletlərin dizaynına düzəlişlərin edilməsi, tədbirlərin keçirilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn, təbrik açıqcalarının dizaynı və fərdiləşdirmə işlərinin satın alınmasının nəzərdə tutur.
"Maxmedia" reklam agentliyidir.
Xatırladaq ki, ötən ilin İyul ayında Vergilər Nazirliyi reklam xidmətləri göstərən iki şirkətlə 863 min 584 manatlıq müqavilələr imzalamışdı.
Vergilər Nazirliyi “Maxmedia” şirkəti ilə qrafik, video və qrafik video çarxların, video təlimatların və reportajların hazırlanması, reklamların internetdə (sosial şəbəkələrdə) yerləşdirilməsi, dizayn, dizayna düzəlişlərin edilməsi və fərdiləşdirmə işlərinin satın alınması haqqında 534 min 984 manat dəyərində müqavilə bağlamışdı.
Bundan başqa, nazirlik "İnnova” şirkəti ilə açıq məkanda reklam yerləşdirilməsi xidmətinin satın alınması haqqında 328 min 600 manat dəyərində müqavilə bağlamışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 saat əvvəl
-
6 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 6 saat əvvəl
-
6 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
6 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
6 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
7 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 8 saat əvvəl