Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Əczaçılıq şirkəti 5000 avro cərimə edilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əczaçılıq şirkəti 5000 avro cərimə edilib

Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta tənzimi qaydalarının pozulmasına görə “Alfa-N Company” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə protokol tərtib edib.

 

Nizami Rayon Məhkəməsi protokola əsasən şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

 

Bu inzibati xətaya görə hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

 

Şirkət 20 000 avronun 25 faizi, yəni 5 000 avro məbləğində cərimə edilib.

 

Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

 

Qeyd edək ki, 2002-ci ildən fəaliyyətə başlayan “Alfa-N Company” əczaçılıq şirkətidir və Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziyaya əsasən fəaliyyət göstərən şirkət xarici əczaçılıq zavodları və şirkətləri ilə əməkdaşlıq edir. 

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "Report"

14.01.2020 11:13

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ