Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu gün çökən elektron sistemə 9 milyon manatdan çox pul xərclənib - ARAŞDIRMA

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün çökən elektron sistemə 9 milyon manatdan çox pul xərclənib - ARAŞDIRMA

“Elektron ipoteka və kredit zəmanət sistemi” 2-3 min manata hazırlanmış sayt deyil. Belə sistemlərin hazırlanmasına milyonlar sərf edilir.

 

Reklam_3_11

“Marja”nın xəbər verdiyi kimi, bu gün yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə elektron müraciətlərin qəbulu prosesinə başlanılmalı idi. Amma bu baş vermədi, istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qaldı. Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yarandı. Bunu   İpoteka və Kredit Zəmanət Fondu da təsdiq edib.

 

“Marja.az”ın araşdırılmasına görə, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu 2017-ci ildə Elektron hökumət portalında “Elektron ipoteka” sisteminin yaradılması və tətbiq edilməsinə 5 milyon 988 min 622 manat xərcləyib. Sistem Fondun sifarişi ilə “Cybernet” MMC tərəfindən yaradılıb.

 

Fond 2018-ci ildə isə Elektron ipoteka və kredit zəmanət sistemində yeni funksionallıqların yaradılması üçün GT Solyuşnz” MMC şirkətilə 2 milyon 990 min manatlıq müqavilə bağlayıb və bu vəsaiti adı çəkilən şirkətə ödəyib.

 

Növbəti illərdə İpoteka və Kredit Zəmanət Fondu informasiya texnologiyalarına dair avadanlıqların satınalınmasına 240 min manata yaxın vəsait xərcləyib.

 

İctimaiyyətə açıqlanmış məlumatlara görə, Fondun indiyədək elektron sistemə xərclədiyi vəsait 9 milyon 200 min manatdan çoxdur.

 

9 milyon manatdan çox vəsaitin xərcləndiyi sistemin istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması nəticəsində çökməsi qəbuledilməzdir. Həmçinin, ölkdə ilk dəfə sosial evlərin satışna başlayan gün də bu problem yaranmışdı. Bu gün problemin təkrarlanması göstərir ki, baş verənlərdən dərs çıxarılmamışdır.  

 

HƏMÇİNİN OXU:"Portal artıq yüklənməyə məruz qalıb, problemlər yaranıb" - RƏSMİ AÇIQLAMA

 

HƏMÇİNİN OXU:"Elektron ipoteka və kredit zəmanət" sistemi çökdü

 

22.01.2020 11:05

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ