Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan ədliyyə sistemi üçün 50 milyon dollar kredit götürə bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan ədliyyə sistemi üçün 50 milyon dollar kredit götürə bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana 50 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır, bununla bağlı rəsmi danışıqlar fevralın sonunda aparıla bilər.

 

“DB ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana əlavə 50 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır. Bununla bağlı rəsmi danışıqlar fevralın sonunadək baş tuta bilər”, - deyə bankın Bakıdakı nümayəndəliyindən məlumat verilib.

 

Vəsaitin elektron məhkəmə sisteminin inkişafına, müvafiq IT-avadanlıqlarının alınmasına yönəldilməsi planlaşdırılır.

 

DB 2014-cü ilin iyul ayında “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 100 milyon dollar məbləğində kreditin ayrılmasını təsdiq edib. 30 iyun 2020-ci il tarixində başa çatacaq layihə çərçivəsində ədliyyə işçiləri üçün treninqlərin keçirilməsi, məhkəmələrin inzibati binalarının tikintisi, ədliyyə sahəsində xidmət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© "İnterfaks-Azərbaycan” 

24.01.2020 09:49

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ