Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

“Muğanbank” departamentlərinin adlarını dəyişdirdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Muğanbank” departamentlərinin adlarını dəyişdirdi

“Muğanbank” ASC-nin təşkilati strukturunda bir sıra dəyişikliklər edilərək, departamentlərin adları dəyişdirilib.

 

Bankın yaydığı məlumata görə, Ödəniş sistemləri və təcili pul köçürmələri departamenti bundan sonra Ödəniş sistemləri departamenti, Sənədli əməliyyatlar və qiymətli kağızlar departamenti Sənədli əməliyyatlar departamenti, Pərakəndə bankinq və beynəlxalq maliyyə institutları ilə iş departamenti Pərakəndə bankçılıq departamenti kimi fəaliyyət göstərəcəkdir.

 

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 42 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

 

“Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

24.01.2020 10:36

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ