Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Vaxtı keçmiş kreditlər “Naxçıvanbank”ın xalis mənfəətini azaldıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Vaxtı keçmiş kreditlər “Naxçıvanbank”ın xalis mənfəətini azaldıb

“Naxçıvanbank” ASC 2019-cu ili 5 milyon 179 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Naxçıvanbank” ASC 2017-ci ili 4 milyon 7 min manat, 2018-ci ili 5 milyon 429 min manat xalis mənfəət ilə bağlamışdı. İllik müqayisdə Bankın xalis qazancı 250 min manat  və ya 4,6% azalıb.

 

“Marja” Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə “Naxçıvanbank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 12 milyon 213 min manat, o cümlədən faiz gəlirləri 7 milyon 968 min manat, qeyri-faiz gəlirləri 4 milyon 245 min manat təşkil edib.

 

Qeyd edək ki, 2018-ci ildə “Naxçıvanbank”ın cəmi faiz və qeyri-faiz gəlirləri 10 milyon 983 min manat, o cümlədən faiz gəlirləri 6 milyon 960 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 23 min manat təşkil edib.

 

2019-cu ildə Bank 7 milyon 578 min manat əməliyyat mənfəəti əldə edib. 2018-ci ildə bu rəqəm 6 milyon 962 min manat idi.

 

2018-ci illə müqayisədə 2019-cu ildə əməliyyat mənfəətinin artmasına baxmayaraq xalis mənfəətinin azalması Bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarının 10 dəfəyə yaxın artması ilə əlaqədardır. 2018-ci ildə cəmi 110 min manat olmuş ayırma 2019-cu ildə 1 milyon 59 min manat təşkil edib. Daha çox ayırma ödəmə vaxtı keçmiş kreditlərin artdığına işarədir.

 

2019-cu ilin sonunda “Naxçıvanbank” 232 milyon 21 min manat cəmi aktivlərə malik olub. Aktivlərin 92 milyon 446 min manatını müştərilərə verilən kreditlər təşkil edib. Müqayisə üçün qeyd edək ki, 31 Dekabr 2018-ci il tarixində “Naxçıvanbank” 196 milyon 541 min manat cəmi aktivlərə malik idi. Aktivlərin 64 milyon 854 min manatını müştərilərə verilən kreditlər təşkil etmişdi.

24.01.2020 12:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ