Cavan icra başçısından turistlər üçün pulsuz xidmət təşəbbüsü
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu və onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Naftalan - Goran dəmiryolu stansiyası - Naftalan istiqamətində müasir standartlara cavab verən Toyota markalı sərnişin daşıyan nəqliyyat vasitəsi istifadəyə verilib.
Bu barədə “Marja”ya Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd edilib ki, turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stanasiyasına çatma vaxtına uyğun olaraq həftənin hər günü həyata keçiriləcək və göstərilən xidmət ödənişsiz qaydada göstəriləcək.
Gələcəkdə bu xidmətdən istifadəyə tələbat artarasa həmin marşurut xətti üzrə nəqliyyat vasitələrinin sayı artırılacaq.
Bu marşurutun açılmasının əsas səbələrindən biri də Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunmasıdır.
2019-cu ildə kurort şəhərinə gələn turistlərin sayı əvvəlki illərlə müqayisədə artaraq 40 min nəfərədək çatmışdır. Onlardan 40 faizi xarici turistlərin payına düşür. Bu statistika müstəqillik illərində Naftalanda qeydə alınan ən yüksək göstəricidir.
1980-cı ildə Bakı şəhərində anadan olmuş Vüqar Novruzov 2019-cu ilin Dakabr ayının 4-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 d. əvvəl
-
25 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 32 d. əvvəl
- 53 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl