Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycan son beş ildə 198 milyon tona yaxın neft hasil edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan son beş ildə 198 milyon tona yaxın neft hasil edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son beş il ərzində (2015-2019-cu illər) Azərbaycanda 197,77 mln. tondan çox neft hasil edilib.

 

 Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında aparılmış hesablamalara görə, neft hasilatı üzrə ən yüksək göstəricisi 2015-ci ildə qeydə alınıb və 41,69 mln. ton təşkil edib. Ən aşağı göstərici isə 2019-cu ildə olub – 37,52 mln. ton təşkil edib.

 

Hesablamalara əsasən, 2015-ci ildən 2019-cu ilədək Azərbaycanda neft hasilatı 10% azalıb.

 

Qeyd edək ki, Azərbaycanda neft və qaz yataqlarının bir hissəsində hasilat SOCAR-ın öz gücü hesabına, bəzilərinin də isə xarici şirkətlər ilə birgə aparılır. Ölkədə neft hasilatının böyük hissəsi Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Şıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun payına düşür.

 

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov öncə bildirdiyinə görə, 2010-cu ildən bəri Azərbaycanda biz neft hasilatında təbii azalma müşahidə edilir. Lakin bu, idarəolunan bir azalmadır. 2020-ci il və sonrakı illərdə neft ölkədə hasilatının tədricən azalacağını gözlənilir. Azalma əsasən son illər ərzində AÇG blokunda müşahidə edilib və hazırda da müşahidə edilir.

 

Blokun işlənilməsi layihəsinin operatoru olan BP-nin məlumatına əsasən, bu ilin yanvar-sentyabr aylarında burada 20 mln. ton neft hasil edilib, bu da 9% azalma deməkdir.

 

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, "Chevron" – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%.

 

YATIRIM İNDİ DAHA RAHAT

 

© APA

 
04.02.2020 14:41

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ