Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

“AzerGold”da 8 milyon dollar xalis mənfəət

iç səhifə xəbər başlığı altı (mobil)_31
“AzerGold”da 8 milyon dollar xalis mənfəət

“AzerGold” QSC 2018-ci ili 8 milyon 41 min ABŞ dolları xalis mənfəətlə başa vurub.

 

Reklam_3_11

Şirkətin maliyyə hesabatına görə, 2017-ci illə müqayisədə xalis mənfəət 63,5% azalıb. “AzerGold” 2017-ci ili 22 milyon 57 min dollar xalis mənfəət ilə bağlamışdı.

 

2018-ci ildə “AzerGold”un qızıl satışından gəlirləri 58,37 milyon dollar (2017-ci illə müqayisədə 24,5% az), satışının maya dəyəri 38,986 milyon dollar (37,4% az), digər gəlirləri 313 min dollar (2,1 dəfə çox), digər əməliyyat xərcləri 281 min dollar (28,1% az), qeyri-maddi aktivlərinin dəyərsizləşməsindən zərəri 1,583 milyon dollar (əvvəlki il gəlir olub), ümumi və inzibati xərcləri 3,765 milyon dollar (36,6% çox), maliyyə xərcləri 4,118 milyon dollar (21,5% az), mənfəət vergisi ödəmələri isə 1,908 milyon dollar (əvvəlki il qənaət edib) təşkil edib.

 

2019-cu il yanvarın 1-nə “AzerGold”in aktivləri 110,783 milyon dollar olub ki, bu da illik müqayisədə 5,95% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 12,9% azalaraq 101,54 milyon dollara düşüb, balans kapitalı isə 7,7 dəfə artaraq 9,243 milyon dollara çatıb.

 

Xatırladaq ki, "AzerGold" ölkə prezidentinin 11 fevral 2015-ci il tarixli fərmanı ilə 5 iyul 2016-cı il tarixində yaradılıb. Hazırda onun nizamnamə kapitalı 12 milyon manatdır. 100% dövlətə məxsus şirkəti İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi təmsil edir.

 

"AzerGold"un fəaliyyət sahələrinə qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi daxildir. 

 

“AZƏRGOLD”DAN ŞƏRH

 

“AzerGold” QSC-dən “Marja”ya bildirildi ki, xalis mənfəətin azalması qeyri-maddi aktivlərin dəyərsizləşməsindən qaynaqlanır:

 

“2018-ci ilin maliyyə auditinin hesabatları 2017-ci ildə olduğu kimi müsbət göstəriciləri əks etdirir. Cəmiyyətin təqdim etdiyi hesabata əsasən, 2017- ci ilə nisbətən satışdan gəlirlər azalsa da, satışın maya dəyərində də önəmli dərəcədə azalma müşahidə olunması ümumi mənfəətin artımına səbəb olub. Belə ki, 2017-ci ildə “AzerGold” QSC-nin satışları 77 306 206 dollar olduğu halda, 2018-ci il üçün bu rəqəm 18 936 259 dollar (və ya 24%) azalaraq 58 369 947 dollar təşkil edib. Öz növbəsində satışın maya dəyəri isə 2018-ci ildə, 2017-ci ildəki 62 288 074 dollar səviyyəsindən 23 301 577 dollar (və ya 37%) azalaraq 38 986 497 dollaradək enib. 2017-ci illə müqayisədə ümumi mənfəət 4 365 318 dollar (və ya 29%) artaraq 2018-ci ildə 19 383 450 dollaradək yüksəlib. Ümumi mənfəətin (satışdan gəlirlərlə satışın maya dəyəri arasında olan fərq) satışdan gəlirlərə olan nisbəti ilə hesablanan ümumi mənfəət marjası 2017-ci ildə 19% idisə, 2018 – ci ildə bu göstərici 33% təşkil edib. Mənfəət və Zərər Haqqında Hesabatdan da göründüyü kimi 2017-ci ildə qızılın qiymətində artım olduğu üçün əvvəlki ildə qeydə alınmış qeyri-maddi aktivlərin dəyərsizləşməsində 14 milyon dollar artım baş vermişdir. 2018-ci ildə isə bu göstəricidə artım yox, əksinə, yenidən dəyərsizləşmə baş verdiyi üçün Xalis Mənfəətdə də azalma müşahidə olunub. Qeyd etmək lazımdır ki, bu tip artım və ya dəyərsizləşmələr dünya bazarlarındakı qızılın qiyməti ilə birbaşa bağlı olduğu üçün, heç bir halda “AzerGold” QSC-nin fəaliyyətində və idarəedilməsindəki birbaşa səmərəsizliyi əks etdirmir. Bu, sadəcə Cəmiyyətin sərəncamında olan mədənlərdəki kəşf edilmiş və hələ hasil edilməmiş metalların dəyərində dünya bazarındakı qiymətlərin mütəmadi dəyişməsinə görə artıb-azalmalardır. Əgər Mənfəət və Zərər Haqqında Hesabatdakı bu göstəricini nəzərə almasaq, o zaman Cəmiyyətin Xalis Mənfəətində də artımın olduğunu asanlıqla görmək olar”.

YATIRIM İNDİ DAHA RAHAT

 

© Report

11.02.2020 13:36

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ