Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

iç səhifə xəbər başlığı altı (mobil)_31
“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - “ADY Konteyner” MMCi Avropadakı əlaqələrini genişləndirir.

 

Bu barədə “ADY Konteyner” şirkətindən bildirilib.

 

Məlumata görə, şirkətin nümayəndəsi Rəşad Məcidov “Rail Cargo Macarıstan” şirkətinin direktoru Marta Gabor və həmin şirkətin Cənub-Şərqi Avropa üzrə təmsilçisi Daniel Dejo ilə görüşüb. 

 

Görüşdə Mərkəzi və Şərqi Avropa ilə Azərbaycan və Mərkəzi Asiya arasında konteynerlə yükdaşımaların birgə təşkil olunması məsələləri müzakirə olunub.

 

Qeyd edilib ki, görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, potensial yük bazasının müəyyən olunması, yüklər haqqında statistik məlumatlatın toplanaraq mübadilə edilməsi, tərəfdaşlığın hüquqi bazasının yaradılması istiqamətində birgə tədbirləri müzakirə ediblər. Müqabil tərəf Azərbaycanın və Azərbaycan ərazisindən tranzit olaraq Orta Asiya regionunun “Rail Cargo Macarıstan” şirkəti üçün vacib region olduğunu vurğulayıb.

 

Görüşdə ,həmçinin Macarıstan Dəmir Yolu Assosiasiyasının direktoru Hodosi Lacos da iştirak edib.

17.02.2020 07:11

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ