Əmanətlərin tam sığortalanması müddəti uzadılır
"Məlum olduğu kimi, qlobal iqtisadiyyatda baş verən böhran prosesləri fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. 2016-cı il martın 4-dən qüvvəyə minən həmin Qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanmışdır. Daha sonra, 19 fevral 2019-cu il tarixində Qanuna edilmiş dəyişikliklər əsasında həmin müddət 1 il (04 mart 2020-ci ilə qədər) uzadılmışdır.
“Əmanətlərin tam sığortalanması haqqında” Qanunun yenidən uzadılması məsələsi Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasında geniş müzakirə edilmişdir. Müzakirələrin nəticəsi olaraq əmanətçilərin və kreditorların mənafelərinin daha etibarlı qorunması üçün “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun əlavə 9 ay uzadılması məqsədəuyğun sayılmışdır və müvafiq tövsiyə hazırlanmışdır. Maliyyə Sabitliyi Şurasının tövsiyəsi dəstəklənmişdir və yeni seçilmiş Milli Məclis fəaliyyətə başlayandan sonra Qanun layihəsi müvafiq qaydada qanunvericilik hüququna malik orqan tərəfindən parlamentin müzakirəsinə təqdim ediləcəkdir.
Bu barədə Marja-ya Mərkəzi Bankdan bildirilib.
Nəzərdə tutulur ki, cəlb olunduğu tarixə Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan Fondun iştirakçı bankları tərəfindən tam sığortalanması müddətinin 04 mart 2020-ci il tarixindən 04 dekabr 2020-ci il tarixinədək uzadılsın.
Qeyd edək ki, 1 iyul 2019-cu il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini 10%, xarici valyutada isə 2,5% müəyyən edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
9 d. əvvəl
“Ulduz” Şokolad Fabriki yüksək dərəcəli beynəlxalq “IFS FOOD” Version 8 sertifikatına layiq görülüb
- 42 d. əvvəl
-
1 saat əvvəl
3 ölkə enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzaladı
-
1 saat əvvəl
Şərifov: Qara dənizin dibi ilə kabel layihəsi üzrə beynəlxalq tərəfdaşlarla sıx işləyirik
-
1 saat əvvəl
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları cüzi artıb
-
1 saat əvvəl
Tbilisidə Asiya İnkişaf Bankının 57-ci illik toplantısı başlayıb
-
2 saat əvvəl
Şərqi Zəngəzurda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti gəlir və xərclərini açıqladı