Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Dünya Bankı bu il qızılın 15% bahalaşacağını gözləyir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı bu il qızılın 15% bahalaşacağını gözləyir

Dünya Bankı "Əmtəə Bazarları üzrə Proqnozlar Hesabatı"nın Aprel sayını yayımlayıb.

Marja xəbər verir ki, hesabatda, qızılın usiyasının qiymətinin bu il keçən illə müqayisədə 14,9% artacağı, 2021-ci ildə isə 0,6% azalacağı təxmin edilib.

Artıq bu il 10% bahalaşan qızıl hazırda 1724 dollardan ticarət olunur. İlin əvvəlində qızıl 1587 dollardan yicarət olunurdu.

Hesabatda, əmtəə bazarlarına dair proqnozların olduqca qeyri-müəyyən olduğu vurğulanaraq bu qeyri-müəyyənliyin epidemiyanın müddətinə, şiddətinə və epidemiyaya qarşı həyata keçirilən tədbirlərin nə qədər qısa müddətdə başa çatacağına bağlı olduğu qeyd edilib.

Hesabatda, xam neftin barel qiymətinin bu il keçən illə müqayisədə 43% azalaraq orta hesabla 35 dollar səviyyəsində reallaşacağı nəzərdə tutulub. Dünya Bankının hesabatında, xam neftin barel qiymətinin 2021-ci ildə isə 20% artımla ortalama 42 dollara çatmasının gözlənildiyi bildirilib.

Dünya Bankı qızılı əmtəə hesabat xam neft
24.04.2020 08:29

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ