Bank Respublika və AKİA fermerlərə asan şərtlərlə kreditlərlər təqdim edəcək
®️Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aqrar sahənin maliyyələşdirilməsinin stimullaşdırılması ilə əlaqədar imzaladığı Fərman fermerlərin kredit almaq imkanlarını genişləndirdi və asanlaşdırdı.
Belə ki, ölkəmizdə sahibkarlığın inkişafına böyük dəstək verən Bank Respublika ilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) arasında olan əməkdaşlıq çərçivəsində, respublikamızda fermer və sahibkarlar üçün verilən kreditlər daha sürətli və daha asan şərtlərlə təqdim ediləcəkdir.
Artıq fermerlər “Bank Respublika”dan maksimal müddəti 3 il olan 15 min manatadək mikro kreditləri çox qısa bir müddətdə əldə edə biləcəklər. Qeyd edək ki, daha aşağı faizlərlə təqdim olunan kreditlərin maksimal dərəcəsi 12%, güzəşt müddəti isə 12 ayadək təşkil edir.
Kreditin istifadə istiqamətləri aşağıdakılardır:
- Bağçılıq
- Əkinçilik
- Heyvandarlıq
- Quşçuluq
- Digər ailə-kəndli fermer təsərrüfatları
Təqdim olunacaq kreditlər kənd təsərrüfatı sahəsində çalışan sahibkarların stimullaşdırılmasına və yeni fermer təsərrüfatlarının yaradılması üçün nəzərdə tutulub.
Yeni şərtlər fermerlərin maliyyəyə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artıraraq, onların fəaliyyətini daha da genişləndirməyə imkanı verəcək, bu da pandemiya dövründə ölkə üçün əhəmiyyəti xüsusilə artan qida və ərzaq təhlükəsizliyinin təmin edilməsinə də öz töhfəsini verəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 7 saat əvvəl
-
10 saat əvvəl
Bakı Fond Birjası “2024-2026-cı illər üzrə Strateji İnkişaf Planı”nı təqdim etdi
- 10 saat əvvəl
-
10 saat əvvəl
SOCAR və “Qazprom”un prezidentləri qaz sahəsində əməkdaşlığı müzakirə edib
-
10 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
-
10 saat əvvəl
Sahəsi 2 hektar olan qum-çınqıl yatağı cəmi 14 min manata şirkətin istifadəsinə verildi
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
"Əlavə sərmayə qoyuruq ki, Avropa ölkələrini qaz təchizatı məsələsində dəstəkləyək"
-
11 saat əvvəl
bp şirkəti Dərinsulu Günəşli platformasında hasilatı müvəqqəti dayandırır
- 11 saat əvvəl