GünayBankın daşınmaz əmlak kreditləri portfeli kəskin artıb
2020-ci ilin ilk rübündə GünayBankın daşınmaz əmlak kreditləri portfeli 40%-dən çox artıb.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən ilin sonunda daşınmaz əmlak kreditləri portfelinin məbləği 39 milyon 894 min manat ikən, 2020-ci ilin Mart ayının sonunda 56 milyon 41 min manat təşkil edib. Qısası, daşınmaz əmlak kreditləri 16 milyon 147 min manat və ya 40,5% artıb. 31 Dekabr 2018-cu il tarixində isə Bankın daşınmaz əmlak kreditləri portfeli 27 milyon 262 min manat təşkil etmişdi. Ötən 5 rübdə daşınmaz əmlak kreditləri portfeli 2 dəfə artıb.
İlk rübdə GünayBankın biznes kreditləri portfeli 340 manat artaraq 116 milyon 837 min manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə istehlak kreditləri portfeli 287 min manat azalaraq 2 milyon 236 min manata geriləyib.
Həmçinin oxu
GünayBankın xalis mənfəəti 3 dəfəyə yaxın artıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 d. əvvəl
-
1 saat əvvəl
"Yeni iqtisadi uğurlara nail olacağımıza inanırıq" - Məmməd Musayevin çıxışı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl