Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Əhalinin “Atabank” və “AmrahBank”dakı əmanətlərinin taleyi ilə bağlı açıqlama

iç səhifə xəbər başlığı altı (mobil)_31
Əhalinin “Atabank” və “AmrahBank”dakı  əmanətlərinin taleyi ilə bağlı açıqlama

Əhalinin lisenziyası ləğv olunan “Atabank” ASC və “Amrah Bank” ASC-dəki qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən tam ödəniləcək.

Marja xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.

Məlumatda deyilir ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək.

“Fondun vəsaiti çatmasa, mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaq. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.

“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək”, - deyə Mərkəzi Bankın məlumatında deyilir.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilib.

28.04.2020 18:34

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ