Qorunan əmanətlər üzrə faizin yuxarı həddi qaldırıldı
Qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2 faiz bəndi artırıdıƏmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurası Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının tövsiyyəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-dək qaldırılması barədə qərar qəbul etmişdir.
Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Marja-ya daxil olmuş məlumatda bildirilir.
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bildirir ki, ƏSF-yə üzv olan banklarda xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 2,5% təşkil edir.
Əmanətçilər əmanətlərin sığortalanması üçün heç bir ödəniş etmirlər, sığorta haqları yalnız banklar tərəfindən ödənilir.
Beləliklə, illik 12%-dək faiz dərəcələri ilə milli valyutada banklara yatırılan əmanətlər sığortalanacaqdır. Əmanətlər dekabr ayınadək tam sığortalanacaqdır.
Marja-ya verilən məlumatlara görə, son günlər əhalinin banklardan əmanətlərini geri götürməsi faktları artıb. Ehtimal ki, faizin qaldırılması qərarı ilə əmanətlərdəki azalmanın səngidilməsi hədəflənir. Neftin ucuzlaşması, Dolların bahalaşacağı söz-söhbətləri, 2 bankın lisenziyasının ləğv edilməsi, 2 bankda da müvəqqəti inzibatçının yoxlama aparması əmanətçiləri narahat edir. Qorxunun artması ilə əmanətçilər manat vəsaitlərini banklardan geri götürür və dollar alınır. Yuxarı həddin 2 bənd artırılması ilə banklara əmanət yerləşdirmək sərfəli edilir və bu addım ilə yeni əmanətlərin cəlbi hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
20 d. əvvəl
“Rox Motor” avtomobil brendi artıq rəsmi olaraq Azərbaycanda!
- 27 d. əvvəl
- 48 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
6 saat əvvəl
ABŞ iqtisadiyyatı birinci rübdə proqnozdan aşağı böyüyüb - BAZARLARDA NARAHATLIQ ARTIB
-
6 saat əvvəl
Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan İntel zərər açıqlayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“GL” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir