Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bu il 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutulur

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu il 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutulur

Respublika üzrə biçinə 1700 kombaynın cəlb edilməsi nəzərdə tutulur. Bu kombaynlardan 728 ədədi “Aqrolizinq” ASC tərəfindən cəlb ediləcək. Bu il əlavə olaraq, 125 ədəd taxılbiçən kombaynın alınması nəzərdə tutulur. Bundan başqa dağətəyi, mailli, relyefi çətin olan ərazilərdə biçinin aparılması üçün xüsusi dağ kombaynlarının alınması da planlaşdırılıb.

Bu barədə Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdədə jurnalistlərə müsahibəsində məlumat verib.

Reklam_3_11

Taxıl biçininə mayın sonu - iyunun əvvəllərində başlanacağını diqqətə çatdıran nazir bildirib ki, kombaynlar mobilizə edilib, təmir-sazlama işləri həyata keçirilir.

"Keçən il olduğu kimi, dislokasiya tədbirləri və kombaynlara quraşdırılan GPS vasitəsilə düzgün planlaşdırma aparmaqla biçinin həyata keçirilməsi nəzərdə tutulur. Biçin zamanı “Aqrolizinq” ASC tərəfindən, ilk növbədə, 50 hektara qədər ərazisi olan kiçik fermerlərə üstünlük veriləcək. Ondan sonra böyük fermerlər bu texnikalardan istifadə edə bilərlər", - deyə İnam Kərimov bildirib.

Azərtac

07.05.2020 15:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ