Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri artırılıb
Maliyyə Bazarlarına Nəzarət Palatası öz səlahiyyətləri daxilində “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət həyata keçirəcək.
APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
İndiyə qədər belə səlahiyyət “Fərdi məlumatların mühafizəsinə dair Tələblər”in icrasına nəzarət öz səlahiyyətləri daxilində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidmətinə məxsus olub.
Digər dəyişikliyə əsasən fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslərdən fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizamın alınması fərdi məlumatlar işlənilən informasiya sistemləri qarşısında qoyulan əsas təhlükəsizlik tələbləri sırasından çıxarılıb.
© APA
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 50 d. sonra
-
12 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
19 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 30 d. əvvəl
-
41 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 52 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























