Ən yuxarı (mobil)-2_30

Haqqımızda

Marja biznes və maliyyə xəbərləri agentliyi 2012-ci ildə Yunusov Seymur Dəmir oğlu tərəfindən yaradılıb. Hər gün agentliyin marja.az domenində ən mühüm iqtisadi xəbərlər və iqtisadiyyata təsir edə biləcək hadisələr barədə məlumatlar yayımlanır. Xəbərlər həm Marja tərəfindən hazırlanır, eyni zamanda istinadla digər etibarlı agentlik və portalların xəbərləri də yayımlanır. Məqsəd iş dünyasına və əhaliyə doğru, peşəkar məlumatlar çatdırmaqdır.

Bu gün Marja.az Azərbaycanın ən çox oxunan iqtisadi yönümlü xəbərlər saytıdır. Marjanı oxuduğunuz üçün hər birinizə təşəkkür edir və işlərinizin avand olmasını arzulayırıq.

Marja nədir?

1. Bank təcrübəsində – cəlb edilən və verilən kreditlər üzrə faiz dərəcələri arasında, müxtəlif kateqoriyalı borcalanların faiz dərəcələri və s. arasındakı fərq.

2. Ticarət təcrübəsində – əmtəənin alış və satış qiymətləri arasında fərq, fond əməliyyatlarında – əqdin bağlanması və icrası günlərində qiymətli kağızın məzənnələri arasındakı fərq, eləcə də alıcının qiyməti ilə satıcının qiyməti arasındakı fərqdir.

3. İctimai mənada – satılmış məhsulun və ya kapitalın həcmi ilə mənfəətin faiz nisbətidir.

4. Marja Azərbaycanın iqtisadi xəbərlər saytıdır.