Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - EHTİYATLAR 3,5 MİLYARD DOLLAR ARTIB

2023-cü ilin 1-ci rübü üzrə Azərbaycanın tədiyə balansı açıqlandı. Cari əməliyyatlar balansında profisit azalıb, ehtiyat aktivlər artıb. Bu ilin 1-ci rübündə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) ümumi qalığı 3 milyard 376,2 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır. Bu ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 3 milyard 453,8 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycana daxil olan valyuta çıxanı üstələyib - EHTİYATLAR 3,5 MİLYARD DOLLAR ARTIB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2023-cü ilin 1-ci rübü üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdir.

Marja xəbər verir ki, bu, 2023-cü ilin I rübü üzrə Azərbaycan Respublikasının tədiyə balansında bildirilir.

Qeyd edilib ki, cari əməliyyatlar balansında 3.4 mlrd. dollar, kapital və maliyyənin hərəkəti hesabında isə 1.3 mlrd. dollar profisit yaranmış, ehtiyat aktivləri 3.5 mlrd. dollar artmışdır. Bu dövrdə xam neftin orta qiyməti 85 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 27% artaraq 900 mln.dollar səviyyəsində formalaşmışdır.

CARİ ƏMƏLİYYATLAR BALANSI

2023-cü ilin 1-ci rübü üzrə cari əməliyyatlar hesabının profisiti 3.4 mlrd. dollar və ya ÜDM-in 18.9%-ni təşkil etmişdir (2022-ci ilin I rübü üzrə 3.9 mlrd.dollar profisit olmuşdur). Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən (ö.i.m.d.n.) 7.6% azalaraq 5.1 mlrd.dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 10.3% artaraq 1.7 mlrd.dollar məbləğində olmuşdur.

Xatırladaq ki, 2022-ci ilin 1-ci rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənmişdi. Cari əməliyyatlar balansında təxminən 4 mlrd. dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1.2 mlrd.dollar kəsir yaranmış, ehtiyat aktivləri 1.6 mlrd. dollar artmışdı. Bu dövrdə xam neftin orta qiyməti 87 dollar/barel olmuş, qeyri-neft ixracı isə 54.7% artaraq 708 mln.dollar  səviyyəsində formalaşmışdı.

Xarici ticarət balansı 

2023-cü ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 12.3 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 6.7 mlrd.$ həcmində profisit qeyri-neft-qaz sektoru üzrə 2.0 mlrd.$ həcmində kəsiri bağlamışdır. Nəticədə hesabat dövründə xarici ticarət balansında 4.7 mlrd.$ həcmində profisit yaranmışdır. 2023-cü ilin I rübündə Azərbaycanın dünyanın 176 ölkəsi ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 12.1%-i MDB üzvü olan ölkələrin, 87.9%-i isə digər xarici ölkələrin payına düşür.

Əmtəə ixracı

Hesabat dövründə əmtəə ixracı 4.4% artaraq 8.5 mlrd.$ təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın qiymətlərinin əlverişli olması şəraitində neft-qaz sektoru üzrə ixracın həcmi 2.3% artaraq 7.6 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (7.6 mlrd.$) 4.2 mlrd.$-ı xam neftin, 3.2 mlrd.$-ı təbii qazın, 0.2 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2023-cü ilin I rübü üzrə qeyri-neft-qaz ixracı 27.1% artaraq 900 mln.$ olmuşdur. 

Əmtəə idxalı

2023-cü ilin I rübü üzrə əmtəə idxalı ö.i.m.d.n. 40.6% artaraq 3.8 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.5 mlrd.$ olmuş, bunun da 0.5 mlrd.$-ı ərzaq məhsullarının payına düşür. Qeyri-neft-qaz sektoru üzrə idxal 24.2% artaraq 2.9 mlrd.$ olmuşdur. Qeyri-neft-qaz idxalının strukturunda minik avtomobillərinin (86.8%), tütün məhsullarının (77%), mebel məhsullarının (67.3%), dənli bitkilərin (61.6%), ağac məmulatlarının (48.4%), sabun və yuyucu vasitələrinin (44.3%), ətir və kosmetik vasitələrinin (43.7%), alkoqollu və alkoqolsuz içkilərinin (37.3%), daş və şüşə məmulatlarının (29.9%), şəkərin (23.7%), metalların (17.6%) və əczaçılıq məhsullarının (17.6%) idxalı artmışdır. Bu dövrdə gəmilər, qayıqlar və üzən konstruksiyaların (96%), bitki yağlarının (44.3%), elektrik maşınların və aparaturanın (12.2%), qazanlar, avadanlıq və mexaniki qurğuların (11.9%), tərəvəz məhsullarının (1.9%) və kərə yağının (1.6%) idxalı isə azalmışdır.

 İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.3% təşkil edərək 129.4 mln.$ olmuşdur.

Xidmətlər balansı

2023-cü ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 3.3 mlrd.$ təşkil etmişdir. Bunun 2.0 mlrd.$-ı qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1.3 mlrd.$-ı isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 9.4% artaraq 0.7 mlrd.$ olmuşdur. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 508.6 mln.$ (6.6% artım) olmuşdur. Qeyri-neft-qaz sektoru üzrə xidmətlər balansının kəsiri isə 178.2 mln.$ (18.6% artım) olmuşdur.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 32.4%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 1.1 mlrd.$ olan nəqliyyat xidmətlərinin 62.1%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olmuşdur. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 677.1 mln.$, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 413.1 mln.$ təşkil etmişdir.

Dövr ərzində qeyri-neft-qaz sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı ö.i.m.d.n. 9.7% azalmış, idxalı isə 8.2% artmışdır. Nəticədə nəqliyyat xidmətləri üzrə profisit 2023-ci ilin I rübündə 14.4% artaraq 264 mln.$-a yüksəlmişdir. Qeyd edək ki, nəqliyyat xidmətləri üzrə profisit 2022-ci ilin I rübündə 230.6 mln.$ olmuşdur. 

2023-cü ilin I rübündə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 34.3% artaraq 427.2 mln.$ təşkil etmişdir. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (215.9 mln.$) ixracı (211.3 mln.$) üstələməsi nəticəsində 4.6 mln.$ həcmində kəsir yaranmışdır. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 20.2%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 49.8% artmışdır. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 215.9 mln.$ olmuşdur. Bunun 61%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olmuşdur (məkik idxal üçün vəsaitlər istisna olmaqla). 

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 6 dəfə artaraq 11.6 mln.$ təşkil etmişdir. Qeyri-neft-qaz sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 59.7% artaraq 372.1 mln.$ olmuşdur.

İlkin gəlirlər balansı

Hesabat dövründə ilkin gəlirlər balansında neft-qaz sektoru üzrə 1.2 mlrd.$ kəsir, qeyrineft-qaz sektoru üzrə isə 0.2 mlrd.$ profisit olmuşdur. Nəticədə ilkin gəlirlər balansında kəsir 1% azalaraq 1.0 mlrd.$ təşkil etmişdir.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 1.8 mlrd.$ olmuşdur. Bunun 77%-i 1.4 mlrd.$ olmaqla Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Bu məbləğin isə əsas hissəsini (1.1 mlrd.$) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (o cümlədən 1 mlrd.$ beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində repatriasiya), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (160.1 mln.$), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (63.5 mln.$) və digər ödənişlər (90.4 mln.$) təşkil etmişdir.

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 665 mln.$ məbləğində qiymətləndirilmişdir. Daxilolmalar 481.6 mln.$, ödənişlər isə 183.4 mln.$ təşkil etmişdir.

Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 93.8%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5.6%-ni ölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi, 0.6%-ni isə digər daxilolmalar təşkil edir. 

Ölkəyə göndərilən pul baratlarının həcmi 88.2% artaraq 451 mln.$, ölkədən köçürülən pul baratlarının həcmi isə 12.6% azalaraq 132 mln.$ olmuşdur. Nəticədə pul baratları üzrə 319 mln.$ müsbət saldo yaranmışdır.

Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 298 mln.$ (3.1 dəfə artım) təşkil etmişdir.

KAPİTAL VƏ MALİYYƏNİN HƏRƏKƏTİ HESABI 

 2023-cü ilin I rübü üzrə ölkənin xalis maliyyə aktivləri 1.1 mlrd.$ azalmışdır. Bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (58.6 mln.$), portfel investisiyaları (-452.7 mln.$) və digər investisiyalar (-724.2 mln.$) hesabına formalaşmışdır. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 184.3 mln.$ artmışdır ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (- 606.6 mln.$), neft bonusu (450.2 mln.$), portfel investisiyaları (-590.2 mln.$) və digər investisiyalar (930.9 mln.$) hesabına formalaşmışdır.

Birbaşa investisiyalar

Birbaşa investisiyaları üzrə xalis maliyyə aktivləri 58.6 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 606.6 mln.$ azalmışdır. 

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 1.5 mlrd.$, xaricə yatırılmış birbaşa xarici investisiyaların həcmi isə 289 mln.$ olmuşdur. Ümumilikdə birbaşa xarici investisiyalar üzrə 0.7 mlrd.$ mənfi saldo yaranmışdır.

Ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77.5% təşkil etmişdir. 2023-ci ilin I rübü üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-935.7 mln.$) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (1 163.9 mln.$) həmin sektor üzrə kapitalın repatriasiyası (2 099.6 mln.$, əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır. 

Qiymətləndirmələrə görə qeyri-neft-qaz sektoruna cəlb olunmuş birbaşa xarici investisiyaların ümumi məbləği 54% azalaraq 337.5 mln. $ olmuşdur.

Portfel investisiyaları 

Portfel investisiyaları üzrə xalis maliyyə aktivləri 452.7 mln.$, xalis maliyyə öhdəlikləri isə 590.2 mln.$ azalmışdır.

Hesabat dövründə portfel investisiyaları üzrə aktivlər dövlət (40.3 mln.$), digər (194.4 mln.$) sektorların və kapitalda iştiraka təminat verən qiymətli kağızların (5.9 mln.$) hesabına artmış, bankların (693.3 mln.$) hesabına isə azalmışdır. Öhdəliklər əsasən bank (6.9 mln.$) və neft-qaz (590.1 mln.$) sektorlarının hesabına azalmış, dövlət (4.5 mln.$) və digər (2.3 mln.$) sektorların hesabına isə artmışdır.

Neft bonusu 

2017-ci il 14 sentyabr tarixli “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“AÇG HPBS”) 29.2-ci maddəsinə əsasən, 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 mlrd.$ məbləğində neft bonusu ödənilməsi nəzərdə tutulmuşdur. Bu məbləğin illik ödənişi 450 mln.$ təşkil edir. Cari il üzrə nəzərdə tutulan vəsait 2023-cü ilin I rübünün yanvar ayında Azərbaycan tərəfinə ödənilmişdir.

Digər investisiyalar Digər investisiyalar üzrə xalis maliyyə aktivləri 724.2 mln.$ azalmış, xalis maliyyə öhdəlikləri isə 930.9 mln.$ artmışdır. Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 5.7 mln.$ artmış, xalis maliyyə öhdəlikləri isə 145.7 mln.$ azalmışdır. Kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri bank sektorunun kreditləri (39.1 mln.$) hesabına artmış, neft-qaz sektorunun kreditləri (109.2 mln.$), dövlət kreditləri (24.8 mln.$), dövlət zəmanətli kreditlər (36.2 mln.$) və müəssisələrin kreditləri (14.6 mln.$) hesabına isə azalmışdır.

Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 391.2 mln.$ azalmış, xalis maliyyə öhdəlikləri isə 234.9 mln.$ artmışdır. 

EHTİYAT AKTİVLƏRİ 

023-cü ilin I rübü ərzində tədiyə balansının ehtiyat aktivləri 3.5 mlrd.$4 artmışdır. 

XALİS SƏHVLƏR VƏ BURAXILIŞLAR 

Hesabat dövründə tədiyə balansı üzrə xalis səhvlər və buraxılışlar mənfi 1.2 mlrd.$ həcmində olmuşdur

Qeyd edək ki, ehtiyat aktivlər - cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər.

Cari əməliyyatlar balansına ölkənin i) xarici ticarət balansı, ii) xidmətlər balansı, iii) ilkin gəlirlər balansı, iv) təkrar gəlirlər balansı daxildir. 

Xarici ticarət balansı

Xarici ticarət balansı malların ixrac və idxal əməliyyatlarının saldosudur. 

Xidmətlər balansı 

Xidmətlər balansı i) emal və təmir xidmətləri, ii) nəqliyyat xidmətləri, iii) turizm xidmətləri, iv) royalti və lisenziya xidmətləri, v) telekommunikasiya və rabitə xidmətləri, vi) tikinti xidmətləri, vii) sığorta xidmətləri, viii) maliyyə xidmətləri, ix) hökumət xidmətləri, x) digər işgüzar xidmətlər, xi) şəxsi, mədəni və əyləncə xidmətləri üzrə ixrac və idxal əməliyyatlarının saldoları əsasında hesablanır. 

İlkin gəlirlər balansı

İlkin gəlirlər balansı əldə edilmiş və ödənilmiş faktor gəlirləri, o cümlədən əmək haqları, birbaşa investisiyalardan gəlir, dividend, faiz, renta və s. maddələr üzrə daxilolma və xaricolma əməliyyatlarının saldosu əsasında formalaşır.

Təkrar gəlirlər balansı 

Təkrar gəlirlər balansı cari transfertlər, o cümlədən pul baratları, humanitar yardımlar, qrantlar və s. maddələr üzrə daxilolma və xaricolma əməliyyatlarının saldosu əsasında formalaşır. 

tədiyəbalansı
08.06.2023 15:31

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ