Ən yuxarı (mobil)_30

Postsovet ölkələrində sığortanın inkişaf problemləri

iç səhifə xəbər başlığı altı (mobil)_31
Postsovet ölkələrində sığortanın inkişaf problemləri
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Məqaləyə başlamamışdan öncə qeyd etmək istərdim ki, bu yazı “Sığorta və risklərin edilməsi” üzrə magistr dərəcəsinin əldə edilməsi məqsədi ilə yazılmış “The development of the insurance industry in former Soviet countries” adlı dissertasiya işinin yazılması ilə əlaqədar müəllifin gəldiyi nəticələrin xülasəsini özündə əks etdirir.


 

Sovet İttifaqının dağılmasından sonrakı 25 il ərzində postsovet ölkələrində sığorta bazarının vəziyyətinin təhlili göstərir ki, bu sahə hələ də tam inkişaf etməyib və xüsusi ilə də Orta Asiya ölkələrində (ələlxüsus, Tacikistan və Qırğızıstanda) sığortanın inkişafı ən aşağı həddədir. Şərqi Avropa ölkələri ilə müqayisədə isə Baltikyanı ölkələrdə vəziyyət daha yaxşıdır - Latviya, Litva və Estoniya keçmiş sovet ölkələri arasında sığortanın ən çox inkişaf etdiyi ölkələr sayıla bilər.

 

Sovet İttifaqı zamanı mövcud olan mərkəzləşmiş planlı iqtisadiyyat dövründə, daha sonra SSRİ-nin dağılmasından sonrakı keçid dövründə və nəhayət müasir dövrdə sığorta sektorunun təhlili sığorta biznesinin inkişafına mane olan bir sıra amilləri ortaya çıxarır. Beləliklə, postsovet ölkələrində sığortanın inkişafına mane olan aşağıdakı amilləri ümumiləşdirmək olar:

 

Sığorta mədəniyyəti - Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, postsovet ölkələrində yaşayan insanların əksər hissəsi sığortaya riskin ötürülməsi və ya bölüşdürülməsi mexanizmi kimi yox, daha çox məcburiyyət qarşısında ödənilməli olan bir xərc, əlavə məsrəf kimi baxırlar. Sirr deyil ki, bu ölkələrdə sığorta daha çox icbari sığortaların tətbiqi və bank sektorunda kreditləşmənin inkişafı ilə yayılmağa başlamışdır. İstər nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, istər sərnişinlərin və ya işçilərin icbari sığortası, istərsə də digər icbari sığorta növləri öz riskini dərk edən və onu idarə etməyə çalışan sığortalının könüllü olaraq sığorta məhsulu alması yox, dövlətin qoyduğu məcburi tələbləri yerinə yetirmək və müəyyən olunmuş cərimələrdən qaçmaq üçün məcburi olaraq atılan addımdır. Eyni sözləri bankdan kredit götürən şəxslər haqqında da söyləmək olar. Bu halda, öz riskini dərk edən tərəf bankdır və kredit verdiyi şəxsin avtomobilini, əmlakını və ya həyatını sığortalamaq bankın marağında olduğu üçün krediti götürmək istəyən şəxsin həyatını və ya girov predmeti olan əmlakını bir növ icbari qaydada sığortalanmalı olduğunu tələb edir. Belə olan halda da müvafiq sığorta məhsulu alan şəxs sığortaya riskin ötürülmə mexanizmi kimi yox, məhz bankdan kredit götürmək üçün çəkilməli olan xərc kimi baxır. Məhz sığorta mədəniyyətinin bu səviyyədə olması postsovet ölkələrində sığortanın inkişafına mane olan əsas problem kimi xarakterizə edilə bilər.

 

Sığorta biliklərinin azlığı – Sığorta mədəniyyətinin formalaşmaması həmçinin özünü əhalidə sığorta biliklərinin azlığı və sığorta barədə məlumatsızlığı ilə göstərir. Ən sadə misal olaraq icbari nəqliyyat sığortasını göstərmək olar. Bəzi postsovet ölkələrində, xüsusi ilə də paytaxtdan kənarda, regionlarda yaşayan insanların sığorta bilikləri o qədər aşağıdır ki, onlar icbari sığorta şəhadətnaməsinə yoxlama zamanı Dövlət Yol Polisinin tələb etdiyi sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi kimi sənəd hesab edirlər və hadisə zamanı, ümumiyyətlə, bu sığorta şəhadətnaməsi ilə sığorta ödənişi ala biləcəkləri barədə məlumatsızdırlar. Sığorta biliklərinin aşağı olması və məlumatsızlıq sığortanın əsl mahiyyətini qavramağa və sığortanın faydalarından yararlanmağa mane olur.

 

Cədvəl 1: 2010-2015-ci illər üzrə postsovet ölkələrində sığorta haqlarının həcmi

Ölkə

 

 

Brutto sığorta haqları (mln Avro)

 

 

 

 

 

 

 

 

 

 

2010

2011

 

2012

2013

 

2014

2015

 

 

 

 

1

Rusiya

13,814

15,926

 

20,112

20,122

 

14,453

12,846

 

 

 

 

 

 

 

 

 

 

2

Ukrayna

2,183

2,204

 

2,041

2,596

 

1,392

1,134

 

 

 

 

 

 

 

 

 

 

3

Qazaxıstan

786

1,035

 

1,191

1,322

 

1,199

776

 

 

 

 

 

 

 

 

 

 

4

Litva

450

492

 

518

563

 

601

645

 

 

 

 

 

 

 

 

 

 

5

Latviya

327

396

 

447

471

 

517

531

 

 

 

 

 

 

 

 

 

 

6

Belarus

338

219

 

383

508

 

509

401

 

 

 

 

 

 

 

 

 

 

7

Estoniya

296

282

 

297

317

 

341

361

 

 

 

 

 

 

 

 

 

 

8

Azərbaycan

147

209

 

330

376

 

451

260

 

 

 

 

 

 

 

 

 

 

9

Özbəkistan

81

95

 

109

112

 

150

182

 

 

 

 

 

 

 

 

 

 

10

Gürcüstan

154

148

 

236

197

 

134

137

 

 

 

 

 

 

 

 

 

 

11

Türkmənistan

40

46

 

53

61

 

76

65

 

 

 

 

 

 

 

 

 

 

12

Moldova

56

62

 

70

72

 

65

59

 

 

 

 

 

 

 

 

 

 

13

Ermənistan

17

45

 

67

62

 

52

59

 

 

 

 

 

 

 

 

 

 

14

Tacikistan

18

21

 

25

27

 

31

28

 

 

 

 

 

 

 

 

 

 

15

Qırğızıstan

9

12

 

13

14

 

14

13

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: XPRIMM Insurance Reports

 

Sığortaya inamın aşağı səviyyədə olması – Əslində sığorta mədəniyyətinin aşağı olması və sığorta biliklərinin azlığı həm də sığorta biznesinin etibarlığına zərbə vuran amillərdir. Məhsul barədə məlumatsız olan, azadolma məbləğinin nə olduğunu başa düşməyən, müqavilənin şərtləri ilə istisna olunan risklər nəticəsində baş vermiş hadisəyə görə imtina alan müştəri öz əsassız narazılığını bütün ətrafına danışır və bu ümumiyətlə ictimaiyyət arasında “Sığorta şirkətləri ödəniş etmir!” fikirinin yaranmasına səbəb olu . Əslində isə aldığı sığorta məhsulu barədə tam məlumatlı olan, müqavilə ilə hansı hadisələr üzrə təminatın olduğunu və ya nəyin istisna olunduğunu və müqavilə şərtlərini anlaya bilən müştəri əsla sığorta şirkətlərini ödəniş etməməkdə günahlandırmaz.

 

Burada bütün yükü müştərilərin üzərinə də atmaq olmaz. Əhalinin məlumatsız olmasında, sığortaya inam göstərməməsində sığorta şirkətlərinin də günahı az deyil. Çünki, müqavilə imzlandığı zaman müştəriyə şərtləri izah etməli olan tərəf məhz sığorta şirkətləri olmalıdır. Fərdi sığorta məhsullarının isə əksər hallarda sığorta agentləri və ya banklar tərəfindən satıldığını nəzərə alaraq bir çox hallarda şərtlər izah edilmir və hadisə zamanı məlumatsız olan müştəri nəticədə sığorta şirkətini ödəniş etməməkdə günahlandırır. Bəzən isə bu narazılıqlar haqlı da ola bilir. Belə ki, müştərilərin sığorta biliklərinin zəifliyindən və məlumatsızlığından istifadə edən sığorta şirkətləri həqiqətən də ödəniş etməli olduğu halda min bir bəhanə ilə ödənişdən imtina edir və ya ödəniş məbləğini real zərər məbləğindən dəfələrlə az edirlər. Belə sığorta şirkətlərinin bu cür fəaliyyətləri isə sığorta bazarında dürüst münasibətlər qurmağa çalışan sığorta şirkətlərinin də normal işləməsinə mane olur və insanlarda ümumiyyətlə sığorta sisteminə qarşı etibarsızlığı formalaşdırır.

 

Cədvəl 2: 2010-2015-ci illər üzrə postsovet ölkələrində sığortanın nüfusetmə faizi (insurance penetration rate)*

Ölkə

 

Sığortanın nüfuzetmə faizi (ÜDM-də %-i)

 

 

2010

2011

2012

2013

2014

2015

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1

Latviya

1.83%

1.95%

2.05%

2.07%

2.19%

2.18%

 

 

 

 

 

 

 

 

 

 

2

Estoniya

2.01%

1.69%

1.65%

1.67%

1.71%

1.77%

 

 

 

 

 

 

 

 

 

 

3

Litva

1.60%

1.57%

1.55%

1.61%

1.65%

1.73%

 

 

 

 

 

 

 

 

 

 

4

Ukrayna

2.14%

1.75%

1.53%

1.96%

1.69%

1.50%

 

 

 

 

 

 

 

 

 

 

5

Rusiya

1.13%

1.11%

1.21%

1.27%

1.27%

1.27%

 

 

 

 

 

 

 

 

 

 

6

Gürcüstan

1.74%

1.32%

1.97%

1.75%

1.04%

1.13%

 

 

 

 

 

 

 

 

 

 

7

Moldova

1.27%

1.22%

1.23%

1.19%

1.07%

1.02%

 

 

 

 

 

 

 

 

 

 

8

Belarus

0.82%

0.80%

0.82%

1.02%

0.93%

0.94%

 

 

 

 

 

 

 

 

 

 

9

Azərbaycan

0.37%

0.42%

0.63%

0.70%

0.73%

0.81%

 

 

 

 

 

 

 

 

 

 

10

Qazaxıstan

0.70%

0.72%

0.78%

0.79%

0.68%

0.75%

 

 

 

 

 

 

 

 

 

 

11

Ermənistan

0.24%

0.59%

0.83%

0.76%

0.62%

0.62%

 

 

 

 

 

 

 

 

 

 

12

Tacikistan

0.44%

0.44%

0.44%

0.44%

0.44%

0.44%

 

 

 

 

 

 

 

 

 

 

13

Özbəkistan

0.28%

0.28%

0.30%

0.28%

0.30%

0.32%

 

 

 

 

 

 

 

 

 

 

14

Qırğızıstan

0.24%

0.25%

0.27%

0.27%

0.25%

0.25%

 

 

 

 

 

 

 

 

 

 

15

Türkmənistan

0.24%

0.20%

0.20%

0.20%

0.20%

0.20%

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: XPRIMM Insurance Reports

Müqayisə üçün qeyd etmək olar ki, 2015-ci il üzrə Ümumi Daxili Məhsulda sığortanın payı İsveçrədə 9,20%, Böyük Britaniyada 10,00%, Almaniyada isə 6,40% təşkil etmişdir (Mənbə: http://www.insuranceeurope.eu/).

 

Cədvəl 3: 2010-2015-ci illər üzrə postsovet ölkələrində sığorta sıxlığı (insurance density)**

Ölkə

 

Adambaşına düşən orta sığorta haqqı (Avro)

 

 

 

 

 

 

 

 

 

2010

2011

2012

2013

2014

2015

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1

Estoniya

222

212

224

240

259

275

 

 

 

 

 

 

 

 

 

 

2

Latviya

154

191

219

233

259

267

 

 

 

 

 

 

 

 

 

 

3

Litva

145

163

173

190

205

222

 

 

 

 

 

 

 

 

 

 

4

Rusiya

97

111

140

140

99

88

 

 

 

 

 

 

 

 

 

 

5

Qazaxıstan

48

62

70

77

69

44

 

 

 

 

 

 

 

 

 

 

6

Belarus

36

23

40

54

53

42

 

 

 

 

 

 

 

 

 

 

7

Gürcüstan

39

38

62

52

36

37

 

 

 

 

 

 

 

 

 

 

8

Azərbaycan

16

23

36

41

48

28

 

 

 

 

 

 

 

 

 

 

9

Ukrayna

48

48

45

61

31

25

 

 

 

 

 

 

 

 

 

 

10

Ermənistan

6

15

22

21

17

20

 

 

 

 

 

 

 

 

 

 

11

Moldova

16

17

20

20

18

17

 

 

 

 

 

 

 

 

 

 

12

Türkmənistan

8

9

10

12

14

12

 

 

 

 

 

 

 

 

 

 

13

Özbəkistan

3

3

4

4

5

6

 

 

 

 

 

 

 

 

 

 

14

Tacikistan

2

3

3

3

4

3

 

 

 

 

 

 

 

 

 

 

15

Qırğızıstan

2

2

2

2

2

2

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: XPRIMM Insurance Reports

Müqayisə üçün qeyd etmək olar ki, bu rəqəm 2015-ci il üzrə İsveçrədə 6606 Avro, Böyük Britaniyada 3921 Avro, Almaniyada isə 2387 Avro təşkil etmişdir. (Mənbə: http://www.insuranceeurope.eu/).

 

Qeyri-sağlam rəqabət – Hamıya məlumdur ki, sağlam rəqabət biznesin inkişafına təkan verən amildir. Bir çox postsovet ölkəsində isə sığorta sekorunda rəqabət qeyri-sağlam formada aparılır. Bura misal olaraq bəzi şirkətlərin dempinq siyasətini, heç bir iqtisadi əsas olmadan inzibati təzyiqlər və ya şəxsi münasibətlər hesabına müştərini sığortalanmağa məcbur etməyi, rəqib şirkəti nüfuzdan salmaq üçün qara PR-ın aparılması, müştərini qazanmaq üçün müqavilənin bəzi əlverişsiz şərtlərinin gizlədilməsini, ağlasığmaz endirimlərin və komissiyaların verilməsini və sair düzgün olmayan addımları göstərmək olar. Bütün bu sadalananlar sığorta şirkətləri arasında olan qeyri-sağlam rəqabətın göstəricisi olsa da, əslində əhali arasında ümumi sığorta sektoruna olan inamsızlığa və etibarsızlığa gətirib çıxarır və sığortanın ümumi sivil inkişafına mane olur.

 

İnhisarçılıq – Sovet dövründə mövcud olan inhisarçı dövlət sığorta şirkəti (Gosstrakh) uzun illər boyu sığorta xidmətləri təklif edən yeganə sığorta şirkəti və bütün dövlət obyektlərinin sığortaçısı olmuşdur. Sovetin bu monopolist düşüncəsi illər keçsə də bəzi postsovet ölkələrində hələ də davam etməkdədir. Herfindahl indeksini postsovet ölkələrində tətbiq etsək açıq-aydın görünür ki, bu ölkələrdə sığorta bazarları bir dövlət sığorta şirkətinin və ya iki-üç “dövlətə yaxın” sığorta şirkətlərinin əlində cəmləşib. Buna Rusiyada “Rosgosstrakh” və “Sogaz”, Qazaxıstanda “Avrasiya”, Belarusiyada “Belgosstrakh” və s. misal göstərmək olar. Bu bazarlarda rəqabətin aşağı səviyyədə olması və inhisarçılığın mövcudluğu sığortanın da inkişafının qarşısını alır.

 

Statistik məlumatların qıtlığı – Sığorta tariflərinin ehtimallar əsasında hesablandığını nəzərə alaraq sığortanın inkişafı üçün statistik məlumatların nə qədər vacib olması yəqin ki, başa düşüləndir. Postsovet ölkələrində isə sığorta üçün lazım olan statistik məlumatların mövcudluğu ən böyük problemlərdən biridir və hətta məlumatların mövcud olması halında belə, onların nə dərəcədə etibarlı olması böyük sual altındadır. Bu isə risklərin düzgün anderraytinqinə və eləcə də təkrarsığorta təminatı almağa mane olur və sığorta şirkətləri üçün sığorta təminatı verməkdə və tarifi hesablamaqda çətinliklər yaradır.

 

Regiondakı siyasi vəziyyət – Sığortanın inkişafını sürətləndirən əsas amillərdən biri də qərb təcrübəsinin regiona gəlməsi və inkişaf etmiş ölkələrin sığorta şirkətlərinin sığorta sisteminə qoyduqları investisiyalar ola bilər. Lakin postsovet ölkələrinin biznes mühiti, qeyri-sağlam rəqabət, inhisarçılıq, Rusiyanın siyasi hegemonluğu, son dövrlərdə pisləşən Rusiya-Gürcüstan, Rusiya-Ukrayna münasibətləri, sanksiyaların tətbiqi və s. amillər qeyri-stabil siyasi mühiti formalaşdırır ki, investorlar da bütün bu riskləri nəzərə alıb regiona sərmayə yatırmağa ehtiyat edirlər.

 

Sonda qeyd etmək lazımdır ki, sadalanan problemlər hər bir postsovet ölkəsində özünü fərqli formada büruzə verir. Bəzi ölkələrdə inhisarçılıq ən böyük problem sayılsa da, digərində qeyri-sağlam rəqabət və ya sığorta biliklərinin aşağı səviyyədə olması və ya digər başqa amillər sığortanın inkişafına mane olan amil sayıla bilər. İnkişaf üçün isə ən əsası sağlam biznes mühitinin formalaşması, inhisarçılığın qarşısının alınması, sığortaya inamın bərpa olunması və sığorta mədəniyyətinin artırılması yönündə ciddi tədbirlər görülməlidir.

 

© Uğur İbrahimli, ACII

“Meqa Sığorta” ASC İdarə Heyətinin Sədr müavini

 

2006-cı ildən sığorta sektorunda çalışır. Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq İqtisadi Münasibətlər” ixtisası üzrə bakalavr və İngiltərənin “Cass Business School” biznes məktəbində “Sığorta və risklərin idarə edilməsi” ixtisası üzrə magistr təhsili alıb. Chartered Insurance Institute tərəfindən ACII diplomuna və “Chartered Insurer” statusuna sahibdir.

Bakı Mühəndislik Universitetində (Qafqaz Universiteti) sığorta fənni üzrə mühazirəçi, American Institute for CPCU, Institute of Risk Management, Chartered Insurance Institute vəCass Insurance and Risk Management cəmiyyətlərinin üzvüdür.

27.07.2017 07:15
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-3_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-2_23
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
InvestAZ