Beynəlxalq Enerji Agentliyinin rəbəri neftin qiymətilə bağlı xəbərdarlıq etdi
Beynəlxalq Enerji Agentliyinin rəbəri Fatih Birol neftin qiyməti ilə bağlı xəbərdarlıq edib. Birol neft ixrac edən ölkələrin Yaxın Şərqdə geosiyasi böhrana qarışacağı təqdirdə bunun bazara ciddi təsir edəcəyini və qiymətlərin 3 rəqəmə yüksələ biləcəyini bildirib.Beynəlxalq Enerji Agentliyinin rəbəri Fatih Birol neft ixrac edən ölkələrin Yaxın Şərqdəki böhrana qarışacağı təqdirdə bunun bazara ciddi təsir edəcəyini və qiymətlərin 3 rəqəmli səviyyələrə qalxa biləcəyini deyib.
Marja.az-ın məlumatına görə, Birol, "Hadisələrin insani tərəfi çox narahatlıq doğurur. Ancaq vəziyyət xüsusilə neft və təbii qaz baxımından da narahatlıq doğurur. Dünya neft ixracının təxminən üçdə biri bu bölgədən gəlir. Təchizat problemi dərhal ortaya çıxacaq və dünya iqtisadiyyatına mənfi təsir göstərəcək. Hazırda neft bazarında ciddi gərginlik var. Amma qiymətlərdə böyük sıçrayış olmayıb. Əgər mühüm ixracatçılar bu böhranda birbaşa iştirak etsələr, onun neft bazarına təsiri ciddi həddə çata bilər",- deyib.
“Dünya iqtisadiyyatı üçün çox təhlükəlidir”
Son günlər neft qiymətlərindəki artımı qiymətəndirən Birol, "2023-cü ildən dünya neft tələbi artır. Artımın 80 faizi Çindən gəlir. İkincisi, tədarük baxımından Səudiyyə Ərəbistanı və Rusiya başda olmaqla bir qrup ölkə neft hasilatını məhdudlaşdırıb. Bu baxımdan ciddi qıtlıq var. Qiymətlər 90 dollar civarındadır. Bu, onsuz da yüksək rəqəmdir. Əgər neft ixracatçıları birbaşa böhranda iştirak etsə, qiymətlər 3 rəqəmli səviyyələrə qalxa bilər ki, bu da kövrək dünya iqtisadiyyatı və inflyasiya üçün çox təhlükəli vəziyyətdir",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
- 20 d. əvvəl
-
13 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Trampa seçki zərbəsi – Demokratlar önə keçib
"İnmerge Ventures" nizamnamə kapitalını 2 dəfə artırır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Ən çox oxunanlar
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM




















