Dünyanın ən varlı 10 adamının sərvəti bir ayda 50 milyard dollar azalıb
10 adamının sərvəti 1,32 trilyon dollardır.Forbes jurnalının məlumatına görə, dünyanın ən zəngin 10 adamının ümumi sərvəti son bir ayda təxminən 50 milyard dollar azalaraq 1,32 trilyon dollara düşüb.
Marja xəbər verir ki, bu barədə məlumat nəşrin saytında yerləşdirilib.
Tesla-nın yaradıcısı və X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask hələ də reytinqin birinci pilləsində qərarlaşıb. Bununla belə, Tesla səhmləri bu ay 20% ucuzlaşıb və o, 35 milyard dollar və ya sərvətinin 14%-ni itirib.
LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti, Forbes siyahısında ikinci yerdə qərarlaşan Bernard Arnault qrupun səhmlərinin 5% ucuzlaşması səbəbindən son bir ayda 10 milyard dollar itirib.
Oracle korporasiyasının təsisçilərindən biri, amerikalı Larri Ellison şirkətin səhmlərinin 3% ucuzlaşması onu 5 milyard dollardan məhrum etsə də, reytinqdə dördüncü yeri qoruyub.
Eyni zamanda, mənfi tendensiyaya baxmayaraq, reytinqdə yeddinci yerdə olan Meta korporasiyasının rəhbəri Mark Zukerberqin sərvəti Meta səhmlərinin bahalaşması hesabına 300 milyon dollara yaxın artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















