Qlobal şəkər bazarında qiymətlər artır
Dünyanın ən böyük şəkər şirkətlərindən biri olan "Alvean", 2010-2011-ci illərdə 30 ilin ən yüksək qiymət səviyyələrini görən şəkər bazarının bu gün də oxşar vəziyyətlə qarşılaşdığını bildirib.Dünyanın ən böyük şəkər ticarət şirkəti "Alvean", 2010-2011-ci illərdə olduğu kimi, şəkərdə istehsal kəsirinin qeydə alındığı dövrün uzanması, iqlim şəraitinin istehsal sahələrinə ziyan vurması səbəbindən bazarda qiymətlərin yüksəldiyini bildirib.
Marja xəbər verir ki, Braziliya istehsalçısı "Copersucar SA" tərəfindən idarə olunan ticarət şirkəti "Alvean"ın baş direktoru Mauro Angelo, "Mövcud şərtlər qorxulu dərəcədə oxşardır" deyib.
Hindistanda da məhsuldarlığın aşağı düşməsi qlobal şəkər ehtiyatlarını azaldır.
Bütün dünyada şəkər tədarük kəsiri yaranacağı gözlənilir.
"Hindistanda yağıntıların miqdarı az olub, su ehtiyatları çox aşağıdır. Ona görə də növbəti məhsul indiki məhsuldan daha pis ola bilər", - "Alvean" şirkətinin baş direktoru Angelo Bloomberg-ə müsahibəsində deyib.
Hindistanın yeni başlayan mövsümdə şəkər ixracı gözlənilmir.
Bu, bazarların Braziliyadan asılı olacağı deməkdir,. Angelo, məhsulu xarab etmək və ya gəmi yükləmələrini gecikdirmək təhlükəsi yaradan vaxtsız yağışlar kimi problemlərin də qiymətləri son dərəcə həssas etdiyini söyləyib.
Bazarlara göndəriləcək şəkər Braziliya limanlarında saxlanılır. Buna səbəb son günlər yağan leysan yağışların gəmilərin yüklənməsi üçün gözləmə müddətini artırmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 1 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















