Rusiyada toyuq əti bahalaşır
2023-cü ilin əvvəlindən Rusiyada donuz və mal əti qiymətləri artıb, lakin ən çox toyuq əti bahalaşıb - 29 faiz.
Marja Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya hələ də idxal olunan yemdən, damazlıq məhsullardan, baytarlıq dərmanlarından və avadanlıqlarından asılı olaraq qaldığından, dolların məzənnəsinin dəyişməsi səbəbindən xərclər artıb.
"Rusiya Mərkəzi Bankının uçot dərəcəsinin kəskin artırılması siyasəti problemi daha da ağırlaşdırır, çünki bizneslər qısa müddətə və yüksək faizlə - illik 20%-dən kredit ala bilirlər. İstehsalçılar və ət emalı müəssisələri bu xərcləri müştərilərin üzərinə qoyurlar. Əgər kredit faizləri yüksək qalsa, ət və ət məhsulları daha da bahalaşacaq”, - ekspertlər bildirib.
Ekspertlərin fikrincə, kredit faizinin beş-altı faizə endirilməsi və ya dövlət proqramları çərçivəsində kütləvi kreditləşmə sisteminin qurulması qiymət artımını dayandırmağa kömək edəcək.
Oktyabrın 27-də Rusiya Mərkəzi Bankı gözlənilmədən əsas dərəcəsini illik 13 faizdən 15 faizə qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
























