HƏMAS-a qarşı əməliyyat İsrailə gündəlik 260 milyon dollara başa gəlir
İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatı yəhudi dövlətinə gündəlik 260 milyon dollara başa gəlib.
Marja.az xəbər verir ki, bunu Bloomberg yazıb.
Xəbərə görə, münaqişə İsrail üçün ilkin olaraq gözlənildiyindən də baha başa gəlib və dövlət büdcəsinə böyük yük yaradır.
Agentlik qeyd edib ki, oktyabrda büdcə kəsiri ötən ilin eyni dövrü müqayisədə 7 dəfədən çox artıb.
Bundan əvvəl İsrailin iqtisadi qəzeti “Calcalist” yazıb ki, İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı 2024-cü ilin sonuna qədər döyüşlər bitərsə, ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard dollar) başa gələcək. Qəzetin yazdığına görə, Livan Hizbullah hərəkatının, İranın və ya Yəmənin tam iştirakı olmadan hərbi əməliyyatların daha 8-12 ay davam etməsi və Qəzza zolağı ilə məhdudlaşması şərti ilə bu cür xərclər İsrailin il ərzində ÜDM-nin təxminən 10%-ni təşkil edəcək. Hərbi əməliyyatlar başa çatandan sonra İsrail Müdafiə Qüvvələrində xidmətə çağırılan 350 min ehtiyatda olan hərbçi tezliklə öz işlərinə qayıda biləcəklər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















