Continental 5,5 min iş yerini ixtisar edəcək
Şirkət bu tədbir vasitəsilə ildə təxminən 400 milyon avro qənaət etmək niyyətindədirAlmaniyanın təkər və avtomobil komponentləri istehsalçısı Continental dünya üzrə 5,5 minə yaxın iş yerini ixtisar etməyi planlaşdırır.
Marja xəbər verir ki, bu barədə Almaniyanın "Menecer Magazin" iqtisadi jurnalı məlumat yayıb.
Xəbərə görə, Continental şirkətinin rəhbərliyi noyabrın 13-də tədbirlərlə bağlı əməkdaşlarına məlumat verəcək. Keçən cümə günü, noyabrın 10-da plan yuxarı rəhbərliyin diqqətinə çatdırılıb. İxtisarların ilk növbədə idarəetmə strukturlarına təsir edəcəyi, lakin istehsal və inkişafa birbaşa təsir etməyəcəyi gözlənilir.
Continental-ın İdarə Heyəti bu tədbirlər vasitəsilə ildə təxminən 400 milyon avro qənaət etmək niyyətindədir. Almaniyada şirkət təxminən 30 müəssisədə ümumilikdə mindən çox iş yerini ixtisar edəcək.
Ümumilikdə Continental zavodlarında avtomobil hissələrinin istehsalı sahələrində 100 minə yaxın insan çalışır.
İxtisar proqramı ilə bağlı məlumatları şərh edən şirkət qeyd edib ki, konsern avtomobil komponentlərinin istehsalında rəqabət qabiliyyətini gücləndirmək niyyətindədir. Daha sürətli qərar qəbul etmək üçün “idarəetmə strukturlarında mümkün dəyişikliklər” həyata keşiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
12 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























