ADY sədri “Stadler Rail Group” şirkətinin sədri ilə görüşüb - Bu il 4 qatar ölkəmizə çatdırılmalıdır
Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla “Stadler Rail Group” şirkətinin İdarə Heyətinin sədri Peter Şpulerin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Marja xəbər verir ki, görüşdə ADY ilə “Stadler Rail Group” arasında imzalanmış müqaviləyə əsasən dörd yeni sərnişin qatarının bu ilin sonunadək ölkəmizə çatdırılması, test edilməsi və istismara qəbulu, o cümlədən Bakıda fəaliyyətə başlayacaq və bütün növ “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək Regional Servis Mərkəzinin layihələndirilməsi və inşası məsələləri müzakirə olunub.
Həmçinin “Stadler” markalı hərəkət tərkibinə xidmət göstərəcək yerli mütəxəssislərin və maşinistlərin hazırlanması barədə də danışıqlar aparılıb.
Qeyd edək ki, İsveçrənin “Stadler Rail Group” şirkətinə sifariş edilmiş daha altı sərnişin qatarının gələn il ərzində ölkəyə çatdırılması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
























