Laqard: Qlobal iqtisadiyyat rəqib bloklara parçalanır
Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard qlobal iqtisadiyyatın rəqib bloklara bölünməsinin əlamətlərinin getdikcə artdığını deyib. O, “Avropa hazırda kritik yol ayrıcındadır - qloballaşma, demoqrafiya və dekarbonizasiya kimi bir sıra ümumi problemlərlə üzləşir", - bildirib.Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard Avropa Bankçılıq Konqresindəki çıxış edib.
Marja xəbər verir ki, o çıxışında ""Qlobal iqtisadiyyatın rəqabət aparan bloklara parçalanmasına dair artan işarələr var" deyib və əlavə edib:
"Avropa indi kritik mərhələdədir - deqloballaşma, demoqrafiya və dekarbonizasiya kimi bir sıra ümumi problemlərlə üzləşir. Biz çoxdan gözlənilən demoqrafik uçurum nöqtəsinə yaxınlaşırıq. Avro zonasıında 15-64 yaşlı əmək qabiliyyətli əhalinin sayında 2025-ci ildən etibarən davamlı azalma başlaya bilər. İqlim fəlakətlərinin təsiri və iqlimlə bağlı tədbirlərə ehtiyac hər il artır. Yeni ticarət maneələri yarandıqca, biz təchizat zəncirlərini yenidən qiymətləndirməli və daha təhlükəsiz, daha səmərəli və coğrafi baxımdan daha yaxın olanlara sərmayə qoymalıyıq. Bu problemlərin həlli eyni vaxtda nəsillərin səyi və qısa müddət ərzində böyük investisiyalar tələb edir".
Laqard qeyd edib ki, Avropa Komissiyası 2030-cu ilə qədər yalnız yaşıl transformasiya üçün hər il orta hesabla 620 milyard avro, rəqəmsal transformasiya üçün isə 125 milyard avro əlavə investisiya tələb olunduğunu müəyyən edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















