Ötən il rekord sayda 50 dollarlıq əskinas çap edilib
Keçən il rekord sayda 50 dollarlıq əskinas çap olunub.
Marja.az xarici mətbuata istinadən xəbər verir ki, ötən il həmin əskinaslardan 756,096,000 ədədini çap edib ki, bu da son 40 illik müddətdə bir il ərzində çap edilmiş ən yüksək saydır. Bütün bu 50 dollarlıq əskinasları bir yerə yığsanız, təxminən 37,8 milyard dollarınız olacaq.
Adətən, 50 dollarlıq əskinas bir qədər populyar olmayan nominaldır. 2019-cu ildə ABŞ-da çap edilmiş əskinasların yalnız 3,5%-i 50 dollar olub. 2022-ci ildə bu nisbət 8,5%-ə yüksəlib.
Bəs niyə daha çox 50 dollarlıq əskinas istifadə edilib. Bunun inflyasiya ilə heç bir əlaqəsi yoxdur.
Hər şey pandemiya ilə başlayıb. ABŞ Mərkəzi Bankı (FED) aşkar edib ki, insanlar nağd pul yığmağa başlayıblar.
Fed-in hesabatı təsdiqlıyib ki, 2020-ci ildən sonra amerikalılar pul kisələrində, avtomobillərində, evlərində və başqa yerlərdə daha çox nağd pul saxlamağa başlayıblar.
Pandemiyaya qədər 50 dollar az sifariş edilən əskinaslardan biri idi. Lakin 2021 və 2022-ci illərdə Fed 10 və 5 dollardan daha çox 50 dollarlıq sifariş edib.
Fiziki nağd pula tələbat və əslində nağd pulla ödəniş iki ayrı şeydir. İqtisadi və geosiyasi qeyri-müəyyənlik təbii olaraq narahatlığa səbəb olur və bu da bir çox insanı nağd pulu saxlamağa sövq edir. Bu baxımdan 50 dollarlıq əskinasa da təlabat artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 2 saat sonra
-
11 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















