Neft qiymətləri 2%-dən çox düşüb
Neft qiymətləri investorların OPEC+ın hasilatın azaldılması həcminə şübhələri və ləng qlobal istehsal fəaliyyəti ilə bağlı narahatlıqlar səbəbindən 2%-dən çox düşüb.
Marja xəbər verir ki, Brent markalı neftin fevral fyuçersləri 1,98 dollar və ya 2,45% azalaraq 78,88 dollar/barelə bərabər olub.
ABŞ-ın West Texas Intermediate (WTI) markalı xam neftinin fyuçersləri 1,89 dollar və ya 2,49% geriləyərək 74,07 dollar/barelə düşüb.
Həftə ərzində Brent təxminən 2,1%, WTI isə 1,9%-dən çox dəyər itirib.
OPEC+ istehsalçıları cümə axşamı günü gələn ilin birinci rübündə qlobal bazardan gündəlik təxminən 2,2 milyon barel neft çıxarmaq barədə razılığa gəliblər ki, buna Səudiyyə Ərəbistanı və Rusiyanın 1,3 milyon barel cari könüllü ixtisarı daxildir.
İnvestorlar və treyderlər buna bir qədər şübhə ilə baxırlar. Onlar OPEC+qrupunun üzvlərinnin qərara əməl ədəcəklərinə tam inanmırlar və azaldılan həcmin "kifayət qədər" hesab etmirlər.
Dünya neftinin 40%-dən çoxunu istehsal edən OPEC+, ləng iqtisadi artımın yanacağa tələbata təsiri ilə bağlı narahatlıqlar səbəbindən sentyabrın sonunda qiymətlərin təxminən 98 dollardan aşağı düşməsindən sonra hasilatı azaldır.
İnvestorlar zəif tələbat səbəbindən zəif qalan qlobal iqtisadi fəaliyyəti də diqqətlə izləyirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 3 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















