Mərkəzi Bank: ARDNF-in valyuta satışları 2013-cü illə müqayisədə 3 dəfə azalıb
2016-cı ilin sonuna tədiyyə balansında 5 mlrd dollar məbləğində ümumi kəsirin olacağı gözlənilir
Mərkəzi Bank tərəfindən 2016-cı ildə 114 valyuta hərracı keçirilib.
Bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında əksini tapıb.
Bu hərraclarda valyutaya tələb təklifin həcmini əhəmiyyətli üstələyib. Hərraclarda cari ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 4.9 mlrd. ABŞ dolları həcmində xarici valyuta satılıb ki, bu da 2015-ci illə müqayisədə 37.5% azdır. ARDNF-in dövlət büdcəsinə transfertlərinin pik ili olan 2013-cü illə müqayisədə isə ARDNF-in valyuta satışları 3 dəfə azalıb. Valyuta təklifinin azalması neft gəlirlərinin kəskin aşağı düşməsi səbəbindən həyata keçirilən fiskal konsolidasiya siyasəti çərçivəsində baş verib.
İlin əvvəlindən manata nəzərən ABŞ dolları 13.6% bahalaşıb. Dövr üzrə 1 ABŞ dollarının manata qarşı orta günlük məzənnəsi isə 1.5965 manat təşkil edib. Cari ilin ötən dövründə qeyri-neft sektoru üzrə real effektiv məzənnə 19.3% ucuzlaşıb. Real effektiv məzənnənin ucuzlaşma meyli idxalın əvəzlənməsinə və ixracın stimullaşdırılmasına dəstək verən potensial makroiqtisadi amildir. Milli iqtisadiyyatın qiymət üstünlüyünü ifadə edən real effektiv məzənnə, ümumilikdə, 2015-2016-cı illərdə 38% aşağı düşüb. Tədiyyə balansının kəsirinin, xüsusilə də bu kəsirin xarici borcların və öhdəliklərin təsiri altında kapitalın və maliyyənin hərəkəti hesabında konsentrasiyasının məzənnə dəyişikliyinə reaksiyasını nəzərə alaraq, 2016-cı ildə Mərkəzi Bank manatın daha çox ucuzlaşmasının qarşısını almaq və bununla da onun maliyyə sabitliyinə, daha yüksək inflyasiya nəticəsində sosial sabitliyə təsirini minimallaşdırmaq üçün məhz idarə olunan üzən məzənnə rejimini tətbiq edib.
Mərkəzi Bank onu da nəzərə çatdırıb ki, 2016-cı ildə Azərbaycanın tədiyyə balansı dünya və region iqtisadiyyatında, qlobal enerji bazarlarında gedən proseslərin birbaşa və dolayı təsirlərinin güclənməsi şəraitində formalaşıb. Azərbaycan üçün əlverişsiz beynəlxalq konyunktur şəraitində 2015-ci ildə olduğu kimi 2016-cı ildə də tədiyə balansı kəsirli olub. Ümumilikdə, 2016-cı ilin sonuna tədiyyə balansında 5 mlrd. ABŞ dolları məbləğində ümumi kəsirin olacağı gözlənilir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 46 d. sonra
-
16 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
23 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 34 d. əvvəl
-
45 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 56 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir


























