Dünya istehsalının 5 faizini Azərbaycan üzərinə götürür
Azərbaycanın “AzRose” MMC şirkətinin müəssisəsi ilkin mərhələdə dünya qızılgül yağı istehsalının 5 faizini öz üzərinə götürəcək.
“Marja” xəbər veri ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Zaqatalada “AzRose” MMC-nin tikintisi davam edən qızılgül yağı istehsalı müəssisəsi ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və müəssisənin kollektivi ilə görüşündə bildirib.
İlham Əliyev deyib ki, ölkəmizdə qızılgül istehsalı, xüsusilə Zaqatala rayonunda qızılgül yağının istehsalı əsrlər boyu inkişaf edib:
"Sovet dövründə bu sahəyə böyük diqqət göstərilmişdir. Ondan sonrakı illərdə nədənsə bu sahəyə o qədər də böyük diqqət göstərilmirdi. İndi mənim göstərişimlə bu sahə bərpa edilir. Yeni müasir müəssisə tikilir, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Yüz hektardan çox sahədə qızılgül əkilibdir. Burada istehsal olunacaq qızılgül yağı həm daxili bazara, həm də xarici bazarlara ixrac ediləcək. Beləliklə, mənə verilən məlumata görə, artıq burada yüzlərlə insan işlə təmin edilib. 500-dən çox daimi və mövsümi iş yeri yaradılıb. Burada işləyənlər yaxşı maaş alacaqlar və ölkəmizə xeyir gətirəcəklər. Çünki indi əsas vəzifəmiz təbii imkanlarımızdan, iqlim şəraitimizdən istifadə edərək maksimum dərəcədə kənd təsərrüfatını inkişaf etdirməkdir.
Qızılgül yağı isə bizim üçün ənənəvi olan sahədir. Mütəxəssislərin rəyinə görə, bu yağı istehsal etmək üçün ən münbit şərait, torpaq, iqlim məhz Zaqatala rayonundadır. Ona görə, bu gözəl yeni müəssisə burada yaradılıb. Görürəm ki, artıq böyük sahədə qızılgül kolları əkilib. Əminəm ki, siz - burada işləyənlər yaxşı çalışacaqsınız, həm özünüz, həm dövlət üçün xeyir gətirəcəksiniz”.
İlham Əliyev əminəmliklə bildirib ki, bu müəssisənin çox böyük və uğurlu fəaliyyəti olacaq:
“Dünyada qızılgül yağı istehsalı o qədər də geniş vüsət almayıb. Əsas istehsalçılar Türkiyə və Bolqarıstandır. Mənə verilən məlumata görə, istehsalın təqribən 90 faizi onların payına düşür. Biz isə bu müəssisənin və bu sahələrin yaradılması ilə birinci mərhələdə təqribən dünya istehsalının 5 faizini öz üzərimizə götürəcəyik. Əminəm ki, gələcəkdə bu sahələr daha da genişlənəcək. Müəssisənin fəaliyyəti də imkan verəcək ki, biz daha da böyük həcmdə qızılgül yağı istehsal edək. Yəni, hazırda bizim üçün ənənəvi olan və sovet vaxtında kəndlərə böyük xeyir gətirən sahələri demək olar ki, sürətli şəkildə bərpa edirik”.
Müştərilərin xəbərləri
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
3 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
2 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
10 d. əvvəl
Chery rəhbərindən xəbərdarlıq: “Çinin avtomobil istehsalçılarının təxminən 90 faizi zərərlə işləyir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Ford”un mənfəəti 17% azalıb, gəlirləri geriləyib – Şirkət 2027-ci il üçün proqnozunu açıqlayıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
- 3 saat əvvəl
- 19 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
PMD eksklüziv layihələrini AIREX 2026-da təqdim edəcək ®
Neft bazarı üçün mühüm qərar
Rəsmi məzənnələr açıqlandı
Qlobal bank neftin qiyməti ilə bağlı proqnozunu kəskin artırdı
Qızılın qiyməti bir ilin minimum səviyyəsindən cüzi yüksəlib – Qızıl bazarında 18 ilin ən pis oktyabr ayı
Noyabrın 2-də gözlənilən hava şəraiti
"Prime Cotton"un regional idarəetmə rəhbəri Bahəddin Leysanov 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib

























