Puma İsrail milli futbol komandasına sponsorluğa xitam verəcək
2024-cü ildən etibarən dünyanın üçüncü ən böyük idman geyimi şirkəti Puma, İsrail Futbol Assosiasiyası ilə müqaviləni yeniləməmək qərarına gəlib.Almaniyanın idman malları şirkəti Puma, İsrail milli futbol komandasına sponsorluğunu dayandıracaq.
Marja.az xəbər verir ki, bu barədə Financial Times qəzeti xəbər yayıb.
Qeyd edilib ki, idman geyimləri şirkəti İsrail Futbol Assosiasiyası ilə müqaviləsini uzatmamaq qərarına gəlib, buna görə də gələn ildən etibarən komandanı forma ilə təmin etməyəcək.
Oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubunda hücumundan sonra İsrail Qəzza zolağına hərbi hücum edib. İsraili dəstəkləməkdə ittiham olunan müxtəlif brendlər istehlakçıların boykot kampaniyasından mənfi təsirlənib. Bununla belə, Puma-nın maliyyə səbəblərinə görə İsrailin milli futbol komandasına dəstəyi dayandırmaq qərarına gəldiyi qeyd olunr. Bu barədə daxili müzakirələrlə tanış olan insanlara istinad olunur. Qısası, Puma-nın qərarının İsrailin Qəzzaya hərbi əməliyyatından sonra istehlakçıların boykot çağırışları ilə əlaqəli olmadığı iddia olunur.
Gələn il Serbiyanın milli komandasına sponsorluğunu da yekunlaşdırmağa hazırlaşan Puma, bütün cari əlaqələri və gələcək perspektivlərini nəzərdən keçirməyə davam etmək niyyətindədir.
Puma Reuters-in şərh sorğusuna cavab verməyib.
2018-ci ildə Almaniya şirkəti ilə İsrail futbolu arasında əməkdaşlıq boykot kampaniyasına səbəb olmuşdu. Qeyd olunur ki, Puma İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrini dəstəkləməkdə ittiham edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
10 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















