Bakıda şirkət menecerinin fırıldağı üzə çıxdı - 160 min dollarını özünə yönləndirib
Bakıda işlədiyi xarici şirkətə məxsus külli miqdarda pulu gizli yolla ələ keçirməkdə ittiham edilən şəxs məsuliyyətə cəlb edilib.
Məlumata görə, bir müddət əvvəl Türkiyənin “FCB Artgroup” şirkəti hüquq-mühafizə orqanlarına müraciət edib.
Müraciətdə bildirilib ki, şirkətin Azərbaycandakı nümayəndəliyində reklam üzrə mütəxəssis (əmək müqaviləsi üzrə SMM meneceri) vəzifəsində işləmiş 1990-cı il təvəllüdlü Elçin Tağıyev gizli yolla şirkətə məxsus 160 min dollardan çox pulu mənimsəyib.
Müraciət əsasında aparılan araşdırmalar zamanı fakt təsdiqini tapıb. Məlum olub ki, Elçin şirkətin sosial şəbəkə səhifələrində reklamların yerləşdirilməsi üçün səlahiyyətə malik olub. O, şirkətə məxsus bank kartlarını sosial şəbəkələrə daxil edib. Lakin təyin edilmiş məbləğlərdə reklam paylaşımları etməyərək 500 min dollarlıq reklam büdcəsinin 160 min dollarını özünə yönləndirib. O, işlədiyi şirkətə məxsus bank kartları ilə digər reklam verən şəxs və qurumların reklamını həyata keçirib və 170 min dollara yaxın pul əldə edərək özününküləşdirib.
Bundan sonra SMM meneceri barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci və 177.3.2-ci maddələri (mənimsəmə və oğurluq- külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb.
Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmə prosesi bir neçə gün əvvəl başa çatıb. İstintaq müddətində polisin nəzarəti altında olan və başqa şirkətdə dijital menecer vəzifəsini tutan Elçin Tağıyevə dekabrın 8-də hökm oxunub. Hökmə əsasən, ona 2 il müddətə reklam işi sahəsində rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il həbs cəzası verilib. Elçin Tağıyev məhkəmə zalındaca həbs edilib.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 4 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















