ADY-də rekord göstərici: İlk dəfə ilin 7 milyonuncu sərnişin daşındı
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 7 milyonuncu sərnişin qeydə alınıb.
QSC-nin yaydığı məlumatda bildirilir ki, son illər ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Belə ki, 2023-cü il üçün nəzərdə tutulmuş 6 milyonluq hədəf aşılaraq ilk dəfə il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə 2 dəfədən çoxdur. Son iki ilə nəzər saldıqda isə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon nəfər olub.
ADY-nin Sərnişin daşımaları departamentinin nümayəndələri 7 milyonuncu sərnişin Sevil Əlimərdanovanı təbrik edərək bu münasibətlə ona ölkədaxili istiqamətlər üçün birinci sinif üzrə iki gediş-dönüş bileti və xatirə hədiyyələri təqdim edib.
Sərnişin S. Əlimərdanova da, öz növbəsində, ADY-yə təşəkkür edərək sürətli sərnişin qatarları ilə hərəkətin olduqca təhlükəsiz və rahat olduğunu bildirib.
Qeyd edilib ki, hazırda Abşeron dairəvi dəmir yolu xətti üzrə iş günləri 31 minə yaxın sərnişin təhlükəsiz və etibarlı şəkildə mənzilbaşına çatdırılır. Xidmətdə davamlılıq və keyfiyyətin təmin edilməsi istiqamətində İsveçrənin “Stadler Rail Group” şirkətindən alınmış 10 yeni FLIRT qatarından dördü artıq ölkədədir, altısının isə gələn il ərzində ölkəyə gətirilməsi nəzərdə tutulub. Yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz olunmuş bu on qatardan dördü yol infrastrukturunda müvafiq test proseslərindən keçdikdən sonra 2024-cü ilin yazından etibarən sərnişinlərin xidmətinə veriləcək. Bu da gələn il marşrutlar üzrə əlavə 300 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzilbaşına çatdırmaq imkanı yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
9 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















