Qaz və ördəyin qiyməti keçən bayrama nisbətən aşağıdır
Ölkəmizdə hind toyuğu, qaz və ördək ətinə tələbat ildən-ilə artmaqdadır. Bu ev quşları bayramlarda daha çox satışa çıxarılır.
Ağstafada fərdi təsərrüfatlarda bəslənən hind toyuqlarını təsərrüfat sahibləri bu il də demək olar, ötənilki qiymətə satırlar. Hazırda hind toyuğunun əti erkək və fərə olmasından asılı olaraq 15-18 manata, diri halda isə çəkisi nəzərə alınmaqla, 40-60 manatadır. Bu qiymətlər keçən il də təxminən belə olub.
Yeni ilə sayılı günlər qaldıqca bazarlarda hind toyuğuna tələbat da artır. Bu quşların alıcısı qaz və ördəyə nisbətən daha çoxdur. İnsanlar bayram süfrələrində hind toyuğunun ətinin olmasını da istəyirlər. Hər Yeni il bayramında bu quşun ətinin süfrədə olması bir növ ənənə halını alıb.
Ağstafa bazarında da bayram öncəsi alıcıların aktivliyi hiss olunur. Burada əksər ev quşları satılır. Qaz və ördəyin qiyməti keçən bayrama nisbətən aşağıdır. Keçən bayram 35-40 manata satılan qaz, indi 28-30 manata təklif edilir. Ördək isə 12-15 manatadır. Ən az alınan da elə ördək və toyuqlardır. Toyuğun qiyməti 10-12 manatdır.
Hind toyuğu isə necə deyərlər, hər il öz dəyərini qoruyub saxlayır. Qazax sakini Ədalət Məmmədov Ağstafa bazarına hind toyuğu və ya qaz almaq üçün gəlib: “Qazax şəhərinə baxanda Ağstafanın bazarında çeşidlilik var. Qaz və hind toyuğu ilə maraqlanıram. Bura ətraf kəndlərdən həmişə ev quşları gətirirlər, ona görə də qiymətlər ucuzdur. İndidən bazarlıq edirik ki, dekabrın 30-da qiymətlər baha olacaq. Bayram süfrəsində hind toyuğunun bozartması, kababı olmalıdır. Yadımdadır ki, mən hələ uşaq olanda deyrdilər: “Qazı, ördəyi qar yağanda yemək lazımdır”. Yəni, onda əti daha təmiz olur, hərçənd ki, indi qar yağmır”.
Ağstafa rayonunda son illər fərdi hind toyuğu təsərrüfatlarının sayı da çoxalıb. Bayram ərəfəsində bazarlara çıxarılan bu quşların ətinin keyfiyyət baxımından üstün cəhəti ondadır ki, bunlar inqubator şəraitində deyil, evlərdə, fərdi təsərrüfatlarda bəslənmiş hind toyuqlarıdır. Satıcılar deyirlər ki, kəsilmiş erkək hind toyuğunun 1 kiloqramı 15 manata, fərə hind toyuğu isə 16-17 manata satılır. Fərə hind toyuğunun ətinin nisbətən dadlı və yumşaq olması onun qiymətinə də təsir edir.
Alıcı Rəfael Məmmədov bayramqabağı rayon bazarına hind toyuğu və toyuq beçəsi almağa gəlib. Deyir ki, hind toyuğu çəkisindən asılı olaraq 55-60 manatadır. “Qiymətlər pis deyil. Qaz da ucuzlaşıb, 35 manat idisə, indi 30 manata yaxşı qaz almaq olur. Mən hind toyuğu ilə maraqlanırdım. İstəyirəm ki, Yeni il süfrəsində hind toyuğunun əti də olsun”, - deyə o bildirir.
Bəziləri hətta ev quşunu alıb elə bazarda kəsdirir, təmizlətdirərək evə aparır. “Yeni il ərəfəsi gələnlərin çoxu qaz, ördək, hind toyuğu alır. Digər ev quşları elə də çox satılmır. Biz satdıqlarımız hamısı ev şəraitində təbii bəslənən quşlardır. Göy ot yeyəyən, buğda, arpa ilə bəslənmiş quşlardır”, - deyə satıcı Nazilə Tağıyeva vurğulayır.
Hind toyuğu olduqca zərif və soyuğa dözümsüz olur. Elə buna görə də hər təsərrüfat sahibi sona qədər bu sahədə uğur əldə bilmir. Qiymətlərinin digər quşlara nisbətən baha olması da bununla əlaqədardır.
© Azərtac
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 4 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
9 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
9 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
9 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
10 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























