Çinin "Alibaba" şirkəti böhran yaşayır
Çinin Alibaba Qrupu, şirkətdə xaos yaradan restrukturizasiya və hakimiyyət mübarizələri fonunda böhran yaşayır.Cek Ma tərəfindən qurulan (Forbes onun sərvətini 24,9 milyard dollar qiymətləndirir) Alibaba, uğursuz restrukturizasiyadan sonra şirkət daxilində xaos yaşayır.
Marja.az xəbər verir ki, bu barədə FT (Financial Times) mənbələrə və analitiklərə istinadən yazır.
2023-cü ilin mart ayında Alibaba biznesi altı hissəyə bölmək niyyətində olduğunu açıqlayıb. Qəzetin bir neçə Alibaba mənbələrinə əsasən xəbərinə görə, bir çox işçi çaşqınlıq içindədir, çünki onlar restrukturizasiyanın tərkib hissəsi kimi nəyin “bölünüb, nəyin bölünmədiyini” başa düşmürlər, müxtəlif şöbələrin işçiləri eyni işi görürlər. Bundan əlavə, Eddie Yunmin Wu-nun baş direktor təyin edilməsindən sonra şirkətdə güc mübarizəsi yaranıb.
Bir vaxtlar Asiyanın ən dəyərli şirkəti olan Alibaba, ötən noyabr ayında bazar kapitallaşmasında ilk dəfə Çinli rəqibi PDD Holdings-dən geri qalıb.
FT misal çəkib: İşçilərin müxtəlif departamentlərdə eyni funksiyaları yerinə yetirdiyi üzə çıxdıqdan sonra qrup bütün biznesin infrastrukturunu idarə etmək üçün İT şöbəsi yaratmaq qərarına gəldi. Lakin həmsöhbətlərin dediyinə görə, sonradan daxili hakimiyyət mübarizəsi səbəbindən bu qərar ləğv edilib. Bu, pis və xaotik bir vəziyyət yaradıb.
Xaotik vəziyyəti təsdiqləyən başqa bir hekayəni nəşrə Alibaba Group tərəfindən hazırlanmış korporativ ünsiyyət və əməkdaşlıq platforması olan DingTalk-ın əməkdaşı danışıb. O, komandasının xəbərdarlıq edilmədən qrupun intranetindən kəsildiyini və onları Alibaba-nın daxili kommunikasiyalarına girişdən məhrum etdiyini söyləyib.
Qəzetin mənbələrindən birinə görə, bazar kapitallaşması baxımından "Alibaba"nı ötüb keçən PDD şirkəti bunun üçün “əsl həyəcan siqnalı olub”. "İnsanlar çox əsəbidirər. İndi Alibaba bununla necə məşğul olmağı düşünür", - həmsöhbətlər bildiriblər. Mənbələrin və analitiklərin fikrincə, "Alibaba" hələ də aqressiv yeni rəqiblərlə effektiv rəqabət apara bilməyib, süni intellektin inkişafında onlarla ayaqlaşa bilməyib və Qərb bazarlarında uğur qazanmaq üçün elektron ticarətdə öz gücündən istifadə etməyib.
"Alibaba" 2023-cü ilin mart ayında səhm qiymətini artırmaq və biznesin böyüməsini təmin etmək üçün yenidən təşkil olunduğunu elan etdi. İnvestorlar əvvəlcə planları dəstəklədilər, şirkətin elanından bir neçə gün sonra səhmlər 20% bahalaşdı. Nəşr qeyd edir ki, karantinlərin aradan qaldırılmasından sonra investorların Çin iqtisadiyyatı ilə bağlı zəifləyən nikbinliyi həvəsi zəiflədib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır






















