Hansı şirkətin Çinin tarixində ən böyük müflis ola biləcəyi açıqlanıb
Bloomberg: Zhongzhi şirkəti Çin tarixində ən böyük iflas ola bilər“Zhongzhi Enterprise Group” maliyyə şirkəti müflis olmaq üçün müraciət edib ki, bu, ölkə tarixində ən böyük belə hal ola bilər,
Marja.az xəbər verir ki, bunu "Bloomberg" Pekin Ali Məhkəməsinin materiallarına istinadən xəbər verir.
"Zhongzhi" açıq-aşkar borclarını ödəyə bilməyəcəyini qeyd edib.
Auditin məlumatlarına görə, "Zhongzhi"nin borcları 200 milyard aktivlə təxminən 460 milyard yuan (64 milyard dollar) təşkil edir. Beləliklə, "Zhongzhi"nin iflası Çin tarixində ən böyük iflasa çevriləcək.
Bloomberg-in məlumatına görə, iflas ərizəsi onun etibar etdiyi şirkətin filiallarından birinin yüksək gəlirli investisiya məhsulları üzrə müştərilərə pul qaytara bilməməsindən bir neçə ay sonra verilib və bu, paytaxtda etirazlara səbəb olub.
Bütün bunlar istehlakçıların və investorların onsuz da "kövrək" əhval-ruhiyyəsini pisləşdirib.
1995-ci ildə əsası qoyulan "Zhongzhi Enterprise Group" Çində aparıcı aktivlərinin idarə olunması üzrə ixtisaslaşmış korporasiyasıdır. Qərargahı Pekində yerləşir. Eyni zamanda, "Zhongzhi" kreditlər vermək və daşınmaz əmlaka, səhmlərə, istiqrazlara və mallara investisiya etmək üçün insanların əmanətlərini toplayan şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 5 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır





















