Bakı və Sumqayıtı birləşdirən yeni magistral inşa ediləcək, həlqəvi yollar yaradılacaq
2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılmışdır. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Sumqayıt şəhəri ilə və M-1 “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi” avtomobil yolu ilə birbaşa nəqliyyat bağlantısının yaradılması məqsədilə “Xırdalan-M-1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulmuşdur.
Paytaxtın mərkəzi ərazisində nəqliyyat sıxlığının azaldılması, şəhərin şərq və qərb hissələri arasındakı nəqliyyat yerdəyişmələri zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxil olmadan şəhərkənarı həlqəvi magistrallara çıxışlarının təmin edilməsi, habelə mövcud yolların perspektivdə ifrat yüklənmələrinin qarşısının alınması məqsədilə yeni alternativ yol infrastrukturlarının yaradılması nəzərdə tutulmuşdur.
Marja.az xəbər verir ki, bu, "Bakı şəhərinin Baş planı 2040" sənədinin izahında bildirilir.
Qeyd edilib ki, 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılmışdır.
Bakının xarici həlqəvi marşrutların tamamlanması və yarımadanın şimal-şərqindəki yaşayış məntəqələri ilə M-1, M-3 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə “Xarici Dairəvi Yolu-Böyükşor-Ziya Bünyadov” həlqəvi marşrutunun, habelə “Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı” kənar xarici həlqəvi yolunun və “Lökbatan-Xocasən-Binəqədi-Böyükşor-Sabunçu” xarici həlqəvi yolunun yaradılması nəzərdə tutulmuşdur.
“Zığ-Aeroport” şosesi vasitəsilə şəhərin şərq və şimal-qərb hissələrinin həlqəvi birləşmə marşrutunun tamamlanmasının təmin edilməsi, eləcə də strateji əhəmiyyətli obyekt olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Sumqayıt şəhəri ilə və M-1 “Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi” avtomobil yolu ilə birbaşa nəqliyyat bağlantısının yaradılması məqsədilə “Xırdalan-M-1 avtomobil yolu-Digah-Zabrat-Hava Limanı” həlqəvi magistralın yaradılması nəzərdə tutulmuşdur.
Paytaxtın mərkəzi hissənin əlavə nəqliyyat yükündən qorunması, bu yükün mərkəzə daxil olmadan şəhərin şimal və şimal-qərb istiqamətlərinə doğru birbaşa hərəkətlərinin təmin edilməsi məqsədilə “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılmışdır.
“Bakı-Sumqayıt şosesi”ndə, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyat sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində “Xarici Dairəvi Yolu” ilə birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılmışdır.
“Lökbatan-Xocasən” həlqəvi yolu ilə “Sabunçu yol qovşağı”nı birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Suraxanı rayonu S.Bəhlulzadə küçəsi ilə “Zığ Hövsan” şosesini birləşdirən yeni həlqəvi şəhər avtomobil yolunun, o cümlədən Bülbülə gölünün şərqindən keçməklə Sabunçu dairəsi ilə “Zığ şosesini” birləşdirəcək yeni həlqəvi şəhər avtomobil yolunun yaradılması planlaşdırılmışdır.
Baş planla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km-dək artırılması, habelə küçə yol şəbəkəsinin ümumi uzunluğunun 2300 km-dən 2668 km-ə, şəbəkənin orta sıxlığının isə 1,02 km/km2-dən 1,2 km/km2-ə çatdırılması planlaşdırılmışdır.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
6 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib
-
8 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
-
8 saat əvvəl
Azərbaycan zərgərlik məmulatları və qiymətli daşlar sahəsində yeni dövlət standartları qəbul edib
-
8 saat əvvəl
Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib
Ən çox oxunanlar

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

Kolleclərə yeni təyinatlar olub

Azərbaycandan Rusiya gedənlərin sayı 30 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb

Azərbaycana turist axını azalıb - Körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb

Bank Respublika lombard krediti müştəriləri üçün “Qızıl Seçim” lotereyasına start verdi!
