Bakıda üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsi yaradılacaq
Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqları/yolları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.
Marja.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, Baş Planda 2040-cı ilədək aşağıdakılar nəzərdə tutulur:
Parklar, idman məkanları və buna bənzər mərkəzi ərazilər arasında avtomobil yolları boyu velosiped zolaqlarının çatışmayan hissələrinin tamamlanması:
• üç əsas həlqəvi şəbəkədən ibarət velosiped şəbəkəsinin yaradılması;
• funksional və əlçatan velosiped şəbəkəsinin yaradılması (müxtəlif istifadəçi qrupları üçün cəlbedici olan);
• avtomobil yolları boyu uzanan velosiped zolaqlarının uzunluğunun/sayının artırılması (velosipedçilərin məlumatlandırılması).
Mümkün yerlərdə avtomobil yolları boyu uzanan velosiped zolaqlarının genişləndirilməsi:
• turizm və istirahət məqsədli velosiped nəqliyyatı imkanlarının genişləndirilməsi;
• şəbəkə uzunluğunun artırılması (istifadəçilər üçün daha əlçatan və daha cəlbedici). Yeni şəhər inkişafında velosiped yollarının planlaşdırılmasının tətbiqi:
• velosiped infrastrukturunun maksimal adaptasiyasının təmin edilməsi;
• velosiped infrastrukturu şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi;
• velosiped infrastrukturu baxımından əlverişli imkanlara malik yeni inkişaf əraziləri vasitəsilə dördüncü dairəvi şəbəkənin yaradılması.
Velosiped nəqliyyatı şəbəkəsinin göstəriciləri | 2019-cu il | 2027-ci il | 2040-cı il |
Velosiped zolaqların ümumi uzunluğu | 6,0 km | 74,5 km (100%) | 285,0 km (382%) |
Şəhərin yeni inkişaf əraziləri daxilindəki zolaqların uzunluğu | - | 36,3 km (100%) | 203,2 km (560%) |
Rekreasiya və piyada yolu ərazilərindən keçən şəbəkənin uzunluğu | 3,3 km | 29,4 km (100%) | 57,2 km (195%) |
Avtomobil yolları boyu velosiped zolaqlarının uzunluğu | 2,7 km | 8,9 km (100%) | 24,6 km (276%) |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır



















