İtaliyanın avtomobil şirkətinin Qafqazda ən böyük salonu Bakıda olacaq
Yeni modellərin təqdimatı keçiriləcək.2024-cü ilin may ayında Bakıda tamamilə yeni Maserati 4S mərkəzinin açılışı planlaşdırılır.
İtaliyanın idman və biznes sinif avtomobillərinin istehsalçısı Maserati-nin Azərbaycanda eksklüziv distribyutoru "Grand Automotive Azerbaijan" şirkətindən Marja.az-a bildirilib ki, onun tikintisi sürətlə gedir və burada daha da geniş Maserati model çeşidi təqdim olunacaq.
Yeni Maserati pərakəndə konsepti əsasında hazırlanan gələcək salon Qafqaz regionunda ən böyük Maserati salonuna çevriləcək - təkcə sərgi salonunun sahəsi 500 kvadratmetr təşkil edəcək və burada avtorizə olunmuş Maserati servisi də fəaliyyət göstərəcək.
Qeyd edək ki, 2023-cü ildə uzun danışıqlardan sonra "Grand Automotive Azerbaijan" şirkəti İtaliyanın idman və biznes sinif avtomobillərinin istehsalçısı Maserati ilə rəsmi müqavilə bağlayaraq onun Azərbaycanda eksklüziv distribyutoru olub. Bakıda yerləşən Maserati avtomobil butiki keçən ilin noyabr ayında Ağ Şəhərdə öz qapılarını müştərilərinin üzünə açıb və ilk alıclarını dəbdəbəli avtomobillər dünyasında mükəmməlliyin və innovasiyaların inqilabı sayılan Maserati Grecale ilə tanış edib.
Azərbaycanda avtomobil butikinin açılması Maserati üçün ölkəmizdə yeni eranın başlanğıc nöqtəsi, həmçinin müştərilərə innovativ təcrübələr təqdim etməyə yönəlmiş brendin yeni diler konsepsiyasının təcəssümüdür.
Vurğulayaq ki, alıcılara yuxarıda qeyd olunan Maserati Grecale və Bakıda təqdim olunan digər Maserati modellərinin müxtəlif komplektasiyalarını əvvəlcədən sifariş vermək imkanı verilir.
Əlavə edək ki, yazda Bakıda Maserati GranTurismo-nun təqdimatı keçiriləcək, yayda isə super idman avtomobili Maserati MC20 təqdim olunacaq.
Ünvan: Ağ şəhər, 1-ci Yaşıl ada küçəsi, Fəvvarələr meydanı.
Ətraflı məlumat üçün əlaqə nömrəsi *5888
Intagram - Maserati.Baku
Facebook - Maserati Baku
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
8 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır























