Sərdar Hacıyev tabeli qurumların fəaliyyəti ilə tanış olub
Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Füzuli, Beyləqan, Ağdam rayonları, o cümlədən Zəngilanın Ağalı kəndində yerləşən Agentliyin tabeli qurumlarının fəaliyyəti, həmçinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriyalarında görülən işlərlə tanış olub. İnzibati binalara baxış keçirib, əməkdaşlarla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə sədr Sərdar Hacıyev aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyəti və bu sahənin daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Bildirib ki, baytarlıq tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirilməli, mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilməli, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə yeni innovativ texnologiyaların tətbiqinə dair maarifləndirici tədbirlər aparılmalı, fermerlərə göstərilən xidmətlərin keyfiyyəti daha da yaxşılaşdırılmalıdır.
Tədbirdə Sort sınaq məntəqələrinin, Regional Təlim Mərkəzlərinin, laboratoriyaların fəaliyyətinin günün tələbləri səviyəsində qurulması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin vacibliyi iştirakçıların nəzərinə çatdırılıb.
Sonda mütəxəssislərin gördüyü işlərə dair məlumatlar dinlənilib, səslənən təkliflər qeydə alınıb, mövcud çatışmazlıqların qısa müdddətdə aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Qısa müddətdə, tək şəxsiyyət vəsiqəsi ilə, zaminsiz və arayışsız KREDİT ®
-
-
1 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
- 6 saat sonra
-
7 saat əvvəl
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Dünyanın mərkəzi bankları qızıl toplayır – 9 ayda 675 tonluq alış
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
“Yelo Bank” rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək
Ən çox oxunanlar
Kino biletləri də ABB mobile tətbiqində!
Expressbank Bərdədə 300 ağac əkib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qazaxıstan neftinin Azərbaycan üzərindən daşınması artırıla bilər – SOCAR və “KazMunayGas” müzakirə aparıb
Avropa qışa son 13 ilin ən aşağı qaz ehtiyatları ilə daxil olur
Agentliyə sədr təyin edilib - SƏRƏNCAM
2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır




















