Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına dair meyarlar müəyyənləşəcək
Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarlar müəyyənləşəcək.
Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” fərmanda əksini tapıb.
Nazirlər Kabineti 6 ay müddətində sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarlarla bağlı hüquqi aktı Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. Qanun 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qüvvəyə mindiyi gündən “Antiinhisar fəaliyyəti haqqında, “Haqsız rəqabət haqqında” və “Təbii inhisarlar haqqında” qanunlar ləğv ediləcək.
Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikasının Qanunu Ətraflı
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. əvvəl
- 18 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“az” domeni üzrə milli inzibatçının hesabatlılığı ilə bağlı müzakirələr aparılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qeyri-sabit hava şəraiti mayın 5-dək davam edəcək, temperatur 4-8 dərəcə aşağı enəcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Koroğlu” metrosunun çıxışında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq