Azərbaycan iqtisadiyyatı 5 faiz atıb
Qeyri neft-qaz sektorunda əlavə dəyər 10,1 faiz artıb.Dövlət Satatikstika Komitəsi 2024-cü ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Marja.az xəbər veri rki, 2024-cü ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 576,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
2024-cü ilin yanvar ayında da Azərbaycan iqtisadiyyatı 5 faiz artmışdı.
2024-cü ilin yanvar-fevral aylarında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artmışdır.
ÜDM istehsalının 39,9 faizi sənaye, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,5 faizi tikinti, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,8 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,3 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 1824,1 manata bərabər olmuşdur.
SƏNAYE İSTEHSALI
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 11,2 faiz artmışdır.
Sənaye məhsulunun 63,9 faizi mədənçıxarma sektorunda, 29,5 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,7 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 4,0 faiz artmışdır.
Emal sektorunda dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,2 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 75,9 faiz, əczaçılıq məhsullarının istehsalı 51,0 faiz, mebel istehsalı 37,9 faiz, geyim istehsalı 37,1 faiz, tikinti materiallarının istehsalı 35,1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 34,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 30,7 faiz, içkilərin istehsalı 28,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,4 faiz, elektrik avadanlıqlarının istehsalı 18,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 16,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 14,7 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 6,7 faiz, neft məhsullarının istehsalı 6,6 faiz, qida məhsullarının istehsalı 3,9 faiz, kağız və karton istehsalı 1,8 faiz artmış, tütün məmulatlarının istehsalı 0,6 faiz, hazır metal məmulatlarının istehsalı 2,4 faiz, poliqrafiya məhsullarının istehsalı 4,2 faiz, maşın və avadanlıqların istehsalı 15,2 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 38,1 faiz, sair sənaye məhsullarının istehsalı 47,9 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50,4 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,9 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 22,7 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat sonra
-
-
10 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
12 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
12 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
13 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)








.jpg)








