Hyundai Azərbaycandan yağdəyişmədə yenilik – 30 FAİZƏDƏK UCUZLAŞMA
Hyundai markasının Azərbaycanda rəsmi distribyutoru “Auto Azərbaycan” şirkəti avtomobillərin mühərrik yağının dəyişdirilməsi xidmətində yenilik tətbiq edib. Bu yenilik avtomobil sahiblərinin xərclərini xeyli azaldır.
Hyundai Servis Mərkəzinin rəhbəri Zəfər Kərimov “Marja”ya bildirdi ki, artıq avtomobil sahiblərinin bahalı qablaşdırılmış yağları almalarına ehtiyac yoxdur. Servis ərazisində quraşdırılmış yeni sistem vasitəsilə tələb olunan həcmdə yağ mühərrikə doldurulur. Sistem anbardan, kompyuterdən, anbardan qaldırıcı kranların olduğu əraziyə çəkilmiş borulardan və xüsusi ağızlığa malik 3 başlıqdan ibarətdir. Bu başlıqlardan birincisi 5W-30 yağı, ikincisi 5W-40 yağı, üçüncüsü isə 10W-40 yağı üçün istifadə olunur:
“İndiyədək Hyundai servisdə yağ dəyişmək üçün avtomobil sahibi 4-5 litirlik qablarda olan yağlardan birini almalı idi. Əksər hallarda alınan yağ artıq qalırdı, bu da müştərinin ziyanı idi. Yeni sistem sayəsində, müştəri tələb olunan həcmdə yağ alır.
Belə ki, ilk öncə servisə gətirilən avtomobilə baxış keçirilir, Servisə giriş vərəqəsinə avtomobilin markası, mühərrik həcmi, qət etdiyi məsafə, onun sahibi barədə məlumatlar daxil edilir. Sonra usta tərəfindən avtomobilə neçə litr və hansı növdə yağın töküləcəyi bildirilir. Növbəti mərhələdə məlumat vərəqəsi anbardara təqdim edilir. Məlumatlar kompyuterə daxil edilir və sistem tələb olunan həcmdə yağı anbardan borular vasitəsilə başlığa ötürür. Usta başlığı götürərək yağı avtomobilin mühərrikinə doldurur.Bu sistem çox şəffaf çalışır, yağı qıramına qədər düzgün mühərrikə vurur”.
Hyundai avtomobilləri Hyundai servisdə bir dəfə yağ dəşimə zamanı 10.000 km-ə qədər sürüş əldə edə bilirlər ki, bu Hyundai istifadəçilərinin qıraq servislərdə və orjinal olmayan yağlardan istifadə etməməsi üçün əsl səbəbdir.
30 FAİZƏDƏK UCUZLAŞMA
Yeni sistemin müştərilərə verdiyi faydaya toxunan Zəfər Kərimov dedi:
“Tutaq ki, avtomobilin mühərrikinə 3,1 litr yağ tələb olunur. Bundan əvvəl, müştəri 4 litirlik qablaşdırılmış yağı almağa məcbur idi. Yağın 3,1 litri mühərrikə doldurulandan sonra 900 qram artıq qalırdı. Yeni sistem sayəsində belə hal yaşanmır, müştəri yalnız 3,1 litr yağın pulunu ödəyir. Bundan başqa, qablaşdırılmış yağlar tarasına və etiketinə görə çəlləklərdəki yağlardan baha olur. Qablaşdırılmamış yağın litri növündən asılı olaraq 10-14 manatdır. Qablaşdırılmış yağlar isə 18-25 manat aralığında qiymətlərə satılır. Yəni, həm artıq yağ qalmadığına, həm də qiyməti daha münasib olan qablaşdırılmamış yağ alındığına görə müştəri qənaət edir.
İndiyədək 3.3 lirt mühərrikli “Grandeur”un 5W-30 ilə yağdəyişməsi 149 manat tuturdu. Hazırda isə 102 manata dəyişirik. Yəni, müştəri 47 manat qənaət edir. Bu 30%-ədək ucuzlaşma deməkdir. Hyundai Accent modeilinin yağdəyişməsi xərci 78 manatdan 62 manata düşüb. Xüsusilə, yüksək mühərrikə malik Hyundai avtomobillərində bu fərq özünü daha çox göstərir.
Servisin rəhbəri qeyd etdi ki, yağdəyişmədə illər ərzində sınaqdan çıxmış, Almaniyada istehsal olunan “Castrol” və “Shell” yağlarından istifadə olunur və yeni sistem də bu markaların dəstəyilə quraşdırılıb.
"YAN SERVİSLƏRDƏN ALINAN YAĞLAR MÜHƏRRİKƏ ZİYAN VURUR"
Devalvasiyalar ilə bağlı Hyundai istifadəçiləri yan servislərə üz tutmağa başlamışdı. Hyundai Servis, yeni yağdəyişmə sistemilə müştərilərinin artacağını gözləyir:
“Devalvasiyalardan sonra mühərrik yağlarının qiymətləri qalxmışdır və bununla əlaqədar olaraq Hyundai sahibləri yan servislərə müraciət edirdilər. Əksər yan servislərdə tanınmayan, keyfiyyətsiz yağlar təklif olunur. Ancaq qeyd etməliyik ki, belə yağlardan istifadə birbaşa avtomobilin mühərrikinə ziyan vurmaqdadır. Biz indi münasib qiymətlərə brend yağlarımız ilə itirilmiş müştəriləri yenidən özümüzə cəlb edəcəyimizə inanırıq”.
Mərhələli şəkildə digər rəsmi Hyundai servis mərkəzlərində də anoloji sistem qurulacaqdır.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Ən çox oxunanlar
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb











.jpg)








