Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu gün Mərkəzi Bank faiz qərarını açıqlayacaq
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 1 may 2024-cü il tarixində saat 10:00-da yayımlanacaqdır. Saat 11:00-da isə Mərkəzi Bankda mətbuat konfransı keçiriləcəkdir.

Marja.az xəbər verir ki, faktiki və proqnozlaşdırılan inflyasiya hədəflə (4±2%) müqayisədə aşağı olduğundan Mərkəzi Bankın növbəti dəfə də faizlərini azaldacağı ehtimalı böyükdür. Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. 2024-cü ilin martında 12 aylıq inflyasiya 0.4%, yanvar-mart ayları üzrə inflyasiya isə (2023-cü ilin yanvar-mart aylarına nisbətən) illik 1% təşkil etmişdir.  

Xatırladaq ki, Bundan öncə, 28 Mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.

31 yanvar 2024-cü il tarixində isə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir.

Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilmişdir.

"Pul siyasətinin yumşaldılması ilə bağlı növbəti qərarlar inflyasiyanın azalma meylinin davamlılığından, xarici və daxili mənşəli təklif və tələb amillərinin dinamikasından asılı olacaqdır. Qeyd olunan risklərin reallaşması halında pul siyasətinin ilin qalan dövründə yumşaldılması üzrə pauzanın götürülməsi imkanlarına baxıla bilər. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin və faiz dəhlizinin parametrlərinin faizlərə ötürücülüyü üzrə monitorinq aparılacaqdır",- Mərkəzi Bank bəyat etmişdi.

Uçot dərəcəsi: 

29.03.2024     7.50%

01.02.2024     7.75%

21.12.2023     8.00%

02.11.2023     8.50%

04.05.2023     9.00%

30.03.2023     8.75%

02.02.2023     8.50%

01.05.2024 08:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ